yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Füzulidə yeni yaşıllıq zolaqları salınır

Füzulidə yeni yaşıllıq zolaqları salınır
16-02-2018, 10:23 225 dəfə baxılıb

Füzuli rayonunda ekoloji tarazlığın qorunması, floranın daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə Horadiz-Bakı magistral avtomobil yolunun kənarlarına qoz tinglərinin əkilməsinə başlanmışdır. Artıq bu məqsədlə Zaqatala rayonundan 1500 ədəd qoz tingi gətirilərək magistral avtomobil yolunun kənarında əkilmişdir. Əkilən qoz tinglərinə aqro-texniki qaydada qulluq edilir, onların qorunub saxlanılması, suvarılması nəzarətdə saxlanılır.
Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində minlərlə çinar və digər həmişəyaşıl ağac və gül kolları əkilmişdir.
Ümumiyyətlə son yeddi il ərzində isə rayon ərazisində 20000-dən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10000 eldar şamı, 25000 dekorativ kol, 80000 minə yaxın çəkil ağacı, 100000 mindən çox qızıl gül və minlərlə müxtəlif növ ağac və dekorativ kol əkilmişdir. Əkilən ağaclara, salınan yaşıllıq zolaqlarına mütəmadi olaraq qulluq göstərilir, onların qorunub saxlanılmasına, suvarılmasına xüsusi diqqət yetirilir.
Füzulililər Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət ayırdığı sahələrdən biri olan yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinini daim diqqət mərkəzində saxlayırlar.
Rayonda təbiətin ağ ciyərləri hesab olunan yaşıllıq zolaqlarının genişləndirilməsi, park və xiyabanların salınması, yeni ağac və gül kollarının əkilməsi işləri iməcilik, şüar xarakterli deyil, aidiyyati idarə müəssisələrin, bələdiyyələrin gündəlik işi kimi həyata keçirilir.
Füzulidə yeni yaşıllıq zolaqları salınır
Füzulidə yeni yaşıllıq zolaqları salınır
Füzulidə yeni yaşıllıq zolaqları salınır


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: zolaqlari, salinir, Fuzulide, yeni, yashilliq
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2018


17-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ