yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Beyləqanda yeyinti - Nazirlik icra hakimiyyətində maliyyə araşdırması aparır

Beyləqanda yeyinti - Nazirlik icra hakimiyyətində maliyyə araşdırması aparır
12-12-2017, 10:01 506 dəfə baxılıb

Ali məktəbi 40 yaşında bitirən və elm sahəsində sürətlə irəliləyən Vaqif Abdullayevdən narazılıq artıb
Maliyyə Nazirliyi Beyləqan rayonunda yoxlama aparır.
Məlumata görə, büdcə təşkilatlarında aparılan yoxlama rayonun bir çox məmurlarının, o cümlədən icra başçısı Vaqif Abdullayevin də narahatlığına səbəb olub.
Bildirilir ki, icra başçıları və nazir dəyişikliklərinin getdiyi bir ərəfədə Vaqif Abdullayev rayondakı neqativ faktların qabarmasını istəmir. Çünki o, 6 ilə yaxındır rəhbərlik etdiyi Beyləqanda o qədər qanunsuzluqlar edib ki, əvvəl-axır bunun hesabının ondan sorullacağını bilir:
“Vaqif Abdullayevi ən çox narahat edən onun hakim düşərgədə bir neçə qrupla konfliktidir. Həmin qruplar isə onu “taxt”dan salmaqla kifayətlənməyib, vəzifədən getdikdən sonra da yoxlatdırıb, daha ağır formada cəzalanmasına nail olmaq istəyirlər”.
Məlumatda o da qeyd olunur ki, rayonda nə ictimaiyyət, nə də məmur təbəqəsi ilə normal münasibət qura bilməyən icra başçısı ilə bağlı Prezident Administrasiyasında da narazılıq var:
“Bu narazılıq birdən-birə yaranmayıb. Vaqif Abdullayevin 21-ci əsrdə əyalət rayonunda zora söykənən idarəçiliyi, məmur və sahibkarlarla kobud davranışı artıq səbr kasasını daşırıb. Siyasi elmlər namizədi dərəcəsi almış 61 yaşı icra başçısının belə davranışı Prezident Administrasiyasının diqqətini çəkməyə bilməzdi”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, 1956-cı ildə anadan olan Vaqif Abdullayev ali məktəbi 40 yaşında bitirib. Maraqlıdır ki, 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirən icra başçısı 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edib. Gec, amma elm sahəsində sürətli irəlləyiş edən Vaqif Abdullayev, ali məktəbi bitirdikdən 11 il sonra Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı alıb.
O, eyni zamanda, II çağırış Milli Məclisin deputatı və 02.04.2007-ci il tarixdən Xızı rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyib. 10.04.2012-ci il tarixdən isə Beyləqan rayonuna başçı təyin edilib.

reyting.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: arashdirmasi, yeyinti, maliyye, , Nazirlik, icra, hakimiyyetinde, Beyleqanda, aparir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ