SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsuda AXCP üzvü işdən çıxarıldı - MİTİNQƏ GETDİYİ ÜÇÜN

Ağsuda AXCP üzvü işdən çıxarıldı - MİTİNQƏ GETDİYİ ÜÇÜN

Tarix:

30-09-2017, 13:36

/ 84 902 dəfə oxundu.
Ağsuda AXCP üzvü işdən çıxarıldı - MİTİNQƏ GETDİYİ ÜÇÜN

Ağsu rayonunda "kamaxoz" adlanan idarədə fəhlə işləyən Həsənov Mirdamət Lətif oğlu Milli Şuranın 23 sentyabr mitinqində iştirak etdiyi üçün işdən çıxarılıb.
Bu barədə Sozcu.az saytına Mirdamət Həsənov özü məlumat verib: "Milli Şuranın 23 sentyabr mitinqi günü rayon rəhbərliyinin göndərdiyi şəxslər mitinqə gedib-getməməyimi öyrənmək üçün məni axtarıblar. Mitinqdə olduğumu bildikdən sonra özümə heçnə demədən məni fəhlə işlədiyim müəssisədən işdən çıxardıblar. Maaş kartıma pul köçmədiyini görüb, idarədən səbəbini soruşduqda, işdən çıxarıldığımı dedilər. 120 manat maaş alırdım, onu da çox gördülər".

İnsanları çörəklə imtahana çəkirlər, deyən Mirdamət Həsənov onu da bildirib ki, həbsxanada olan əqidə yoldaşları azad edilməyincə və ölkədə demokratik cəmiyyət qurulmadıqca apardığı mübarizədən dönən deyil.

Şərhlər

XƏBƏR LENTİ