SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Biz həmin həyətyanı sahədə bir tikili tikdik..." -Masallıdan ŞİKAYƏT

"Biz həmin həyətyanı sahədə bir tikili tikdik..." -Masallıdan ŞİKAYƏT

Tarix:

28-09-2017, 09:57

/ 59 237 dəfə oxundu.
"Biz həmin həyətyanı sahədə bir tikili tikdik..." -Masallıdan ŞİKAYƏT

Masallı rayon sakini Dayanov Taleh atasından qalan torpaqda özünə dükan tikdi, lakin əziyyəti bir andaca yerlə yeksan edildi.

Bu barədə BiG.AZ-a danışan Massalı rayon sakini rayonun icra hakimiyyətinin sakinlərə göz verib, işıq vermədiyindən gileyləndi. Vətəndaş deyir ki, atasından qalma həyətyanı sahədə özünə dükan tikdi, lakin heç bir məhkəmə qərarı olmadan, bizim heç birimizə xəbərdarılq edilmədən və bizim iştirakımız olmadan Masallı rayon icra hakimiyyətinin əməkdaşları traktorla obyekti yerlə yeksan ediblər: "Mənim atamdan, daha doğrusu babamdan qalan torpağımız var. Biz həmin həyətyanı sahədə bir tikili tikdik. Təsəvvür edin ki, tikilinin divarları tam hazır idi, bir tək üstünü örtmək qalmışdı. Bu gün də evdə olmamışıq, iki azyaşlı uşağım evdə ola-ola, heç bir məhkəmə qərarı olmadan, rəsmi sənəd olmadan icra hakimiyyətinin əməkdaşları həmin tikilini yerlə yeksan ediblər. Uşağımın biri ikinci sinifdə oxuyur, digəri isə daha azyaşlıdır. Bizim evdə olmadığımız halda, iştirakımız olmadan, xəbərdarlıq etmədən, heç bir məhkəmə qərarı olmadan onlara kim ixtiyar verib ki, mənim tikdiyim, zəhmət çəkdiyim obyekti yerlə yeksan edirlər? İki azyaşlı uşağım evdə ola-ola sökürlər. Onlar da səs-küyə çıxıblar. Onların gözünün yaşına baxmadan ağlada-ağlada söküblər. Bəlkə elə daşın biri onların üstünə düşsəydi kim mənə cavab verəcək? Belə də özbaşınalıq olar? Rayonun icra başçısı olan Hüseynov Rafil İsrafil oğlu niyə belə özbaşınalıqlara şərait yaradır və belə qanunsuz əməllərdə pay sahibi olur? Ölkə başçımız onu sakinlərin qayğısına qalmaq üçün onu vəzifəyə təyin edib, yoxsa bizim yuvamızı yerlə yeksan etmək üçün? Heç kimi də qəbul etmir, Masallı rayonu icra başçısının əlindən qan ağlayır. Axırıncı dəfə mən birinci müavinin qəbulunda oldum, onla danışdıq. Sözündən belə qənaətə gəldik ki, onun kəsdiyi başa sorğu-sual yodur.
Həmin ərazi bir nömrəli məktəbin yanıdır. Əvvəl həminərazi Heydər Əliyev prospekti idi, indi Zərifə Əliyeva prospektidir. Bu prospektdə istədiyini edir. Heç kimi də dinləmir, qəbul etmir. 4 il bundan öncə də bizim həyətdə tikdiyimi 5 metr dükan yerini qatdılar yola ki, həmin ərazi yola düşür. Heç bir kompensassiya da ödəmədilər.
Yol çəkilməsinə görə həmin obyekti söküb öz həyətimin içindən tikdim indi hansı ixtiyarla mənim həyətimdən qərar olmadan tikinti sökürlər? Kaş ki mənim uşağımın biri o daşın altında qalıb əzilərdi, görərdilər mən onların başına nə oyun açıram. Mənim anam da 1 saylı Uşaq Evinin baş həkimi Nəhayət Əliyevadır. Bizim heç kimlə işimiz yoxdur, sadəcə heç bir qərar olmadan, heç bir kompensasiya verilmədən dükanımızın yerlə yeksan edilməsinə etiraz edirik. Yerli icra aparatından eləcə də icra hakimiyyəti aparatının rəhbəri başda olmaqla bütün kontingentindən bütün Masallı camaatının narazı olduğunu bildirmək istəyirəm".
Məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Abıyev Nadir Mikayıl oğlu ilə əlaqə saxladıq. O isə ümumiyyətlə bu adda Masallı sakinini tanımadığını, onun qəbulunda bu adlı şəxsin olmadığını, belə bir məsələdən isə xəbərsiz olduğunu bildirdi: "Mən hazırda məzuniyyətdəyəm. Nə baş verdiyi haqqında heç bir məlumatım yoxdur. Ümumiyyətlə isə mən siz qeyd etdiyiniz ad soyadda Masallı rayon sakini tanımıram, qəbulumda belə olmayıblar. Yalnız məzuniyyətdən gələndən sonra maraqlanıb sizə ətraflı məlumat verə bilərəm".
Hüquq müdafiəçisi Rahil Əliyev isə açıqlamasında vətəndaşın dükanının sökülməsini tamamilə qanunsuz əməl adlandıırıb: "Kimliyindən və hansı vəzifə tutmasından asılı olmayaraq hər kəs ölkənin qanunlarına tabedir. Ona görə də fərq etməz bu kimin sifarişidir hər bir tapşırığıın arxasında bir qanunvericilik dayanmalıdır. Bu kimi əməllər, məhkəmə qərarı olmadan vətəndaşın evinin əsas gətirilmədən, onun iştirakı olmadan sökülməsi birbaşa olaraq qanunsuz əməldir. Belə olan təqdirdə vətəndaş məhkəməyə, ali məhkəməyə, konstitusiya məhkəməsinə ardından isə Avropa məhkəməsinə müraciət edə bilər. Vətəndaşa ilk öncə dəymiş ziyan, kompensasiya ödənilməlidir, paralel olaraq da qanunsuz şəkildə söküntü aparıldığı üçün vətəndaş dəymiş mənəvi ziyanın ödənilməsi üçün iddia qaldıra bilər və haqqını tələb edə bilər. Heç kimin ölkənin qanunlarına və qaydalarına qarşı gəlməyə səlahiyyəti yoxdur".

BiG.Az
"Biz həmin həyətyanı sahədə bir tikili tikdik..." -Masallıdan ŞİKAYƏT
"Biz həmin həyətyanı sahədə bir tikili tikdik..." -Masallıdan ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ