yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ağstafa RİH ləğv olunur: başçının isə qoyunçuluq təsərrüfatı, 14 yatağı, marketi

Ağstafa RİH ləğv olunur: başçının isə qoyunçuluq təsərrüfatı, 14 yatağı, marketi
17-01-2017, 00:14 836 dəfə baxılıb
yüklənir...

Prezident Administrasiyasında Ağstafa rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılıq ifadə olunub

Bu iddialarla bağlı danışan mötəbər mənbə qeyd edib ki, vilayətlərin yaradılması baş tutarsa Ağstafa RİH ləğv olunacaq.

Bu strukturun Qazax vilayətinin tabeliyində olması və bir mərkəzdən idarə edilməsi nəzəri olaraq planlaşdırılır.

PA-da vilayətlərin yaradılması istiqamətində gedən müzakirələrdə hansı əyalətlərdən daha çox şikayətlərin ünvanlanması ayrıca bənd olaraq diqqətdədir.

Ağstafa icra hakimi Məhərrəm Quliyev PA-dakı dayaqları hesabına vəzifədə qalmasına baxmayaraq, onun fəaliyyətindən giley-güzar kuratoruna da çatdırılıb. İddialara görə, 2011-ci ildən rayona ayrılan büdcə vəsaitlərinin sərf olunmasında ciddi mənimsəmələrə yol verilib.

Bu tarixdən etibarən Ağstafaya rəhbər təyin olunmuş Məhərrəm Quliyev və çevrəsi 5 ildə rayonu talan ediblər. Amma icra başçısı yeyinti faktlarına görə hesabat verməyib. Səbəb məhz onun siyasi dayağının olması və mövqeyini müdafiə etməsidir.

Bu arxayınçılıq icra başçısını rayonda birinci müavin Ramiz Tatarov, müavin Aydın Hacıyev, baş mühasib Elmin Dəmirçiyev və köməkçisi Naqif Mehdiyevlə birgə dövlət maliyyəsinin mənimsənilməsini həyata keçirməyə zəmin yaradıb.

Danışan mötəbər mənbə qeyd edib ki, hazırda Ağstafa yerlərdə hesabat yığıncaqları keçirilir.

Amma bu tədbirlər formal xarakter daşıyır və quru statistika əzbərçilərin dilindən açıqlanır. Büdcə təşkilatlarında işləyənlər toplantıda iştirak etməklə xüsusi vitrin yaradır. Faktiki isə rayonun inkişafı üçün heç bir iş getməyib.

Rayonda açılan müəssisələrə gəlincə, bütün bunlar dövlət dəstəyi nəticəsində baş tutub və RİH öz uğuru kimi təqdim edir.

Mətbuat yazıb ki, Məhərrəm Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Ağstafa rayonundakı heyvandarlıq təsərrüfatlarını da az qala özünün şəxsi obyektinə çevirib.

Bildirilir ki, icra başçısı rayonda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən təsərrüfatlarının direktorlarını aylıq ödəmə yığımları ilə bezdirib.

Xatırladaq ki, Ağstafada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən M.Mikayılov adına qoyunçuluq təsərrüfatı və Səməd Vurğun qəsəbəsində Yardımçı Təcrübə Təsərrüfatı mövcuddur.

İcra başçısı Məhərrəm Quliyev bu iki təsərrüfatı özünə şəxsi obyekti hesab edir və həmin təsərrüfatların gəlirlərini öz gəlirləri kimi idarə edir. Digər tərəfdən də, başçının özünün ceyran çölü deyilən ərazidə 14 yatağı vardır ki, burda çoxsaylı heyvan sürüləri bəslənilir. Bu faktları rublika.az yayıb.

Media üzərindən yaydığımız məlumatlara görə, başçıya ən yaxın şirkətlərin arasında “Turan- İnşaat” MMC xüsusi olaraq diqqəti cəlb edir. “Turan İnşaat” MMC 2015-ci ildə bir neçə tenderin qalibi olub.Həmçinin rayonda başçının maliyyə əməliyyatlarını həyata keçirdiyi digər şirkət «Tamerlan-R» MMC-dir.

Daha Məhərrəm Quliyevin rayondakı obyektləri barədə açıqlama verilir. Bildirilir ki, hazırda Ağstafada fəaliyyət göstərən 3 bank filialının (“Kapitalbank”, “Turanbank” və “Accsesbank”) icarə əsasında yerləşdikləri binalar da məhz başçıya məxsusdur.

Həmçinin məlumata görə, Məhərrəm Quliyev Ağstafa mərkəzi rayon bazarının müdiri, Elmar adlı şəxsin elə bazarla üzbəüzdə tikdirdiyi “Səbət Market”ə də şərikdir.

Bundan əlavə, iddialara görə, rayonun icra başçısı birbaşa təmasa keçmədən maliyyə əməliyyatlarını reallaşdırıb. M.Quliyev aqrar sektoru daha yaxşı bildiyi üçün subsidiyaların mənimsənilməsində də peşəkarlıq göstərdiyi qeyd edilir.

Məsələn, rayonun Eynallı kəndində 300 ş/y məktəb binasının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması 32 min manat xərclənib. Bu işi icra başçısına yaxın olduğu deyilən “Arxproyekt" MMC tender firması həyata keçirib.

Soyuqbulaq kəndində isə 220 ş/y məktəb binasının tikinti işlərinin satın alınmasına 78710 manat sərf olunduğu qeyd olunub.

Bu məsələdə də rayon rəhbərliyinə xidmət edən "AzəriServis" LTD fəallıq göstərib. Mənbənin qeydlərinə görə, rəqəmlər şişirdilib və smeta dəyəri artıq hesablanıb.

Göyçəli kəndində 360 ş/y məktəb binasının tikinti işlərinin satın alınması 163278 manat xərclənib ki, bu da fantastik rəqəmdir.

İcra başçısı həmkarlarından fərqli olaraq analoqsuz maxinasiyaya imza atıb.

Bu iddialarla bağlı RİH-nin mövqeyini dərc etməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ