yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

”Porcshe” ilə qızı öldürən gəncin atası Fizuli kimdir? – ARAŞDIRMA

”Porcshe” ilə qızı öldürən gəncin atası Fizuli kimdir? – ARAŞDIRMA
5-05-2017, 12:45 140 473 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, ötən gün 14 yaşlı Ağaəli Fərəcov idarə etdiyi "Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub. Qəza nəticəsində X.Məmmədova dünyasını dəyişib.
Həmin gənc tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. F.Fərəcov "MOHİTO” və "PARODİZ” klublarının, Novxanıdakı "Kalyon” restoranının sahibidir.
Əslən Naxçıvandan olan Fizuli Fərəcov Bakıda Bentli Fizuli kimi tanınır. Buna səbəb, iş adamının şəhərdə ilk “Bentley” sürən kimi tanınmasıdır.
Bakıxanov qəsəbəsində yerləşən, iş adamına məxsus “Texas” restoranına görə, el arasında Texas Fizuli kimi də tanınır.
Son zamanlar isə Bakıxanov qəsəbəsində inşa etdiyi 3 mərtəbəli “Mohito” və Binəqədi rayonu Dağıstanlı küçəsində tikdirdiyi 3 mərtəbəli “Paradise” gecə klubu ilə məşhur idi.
Dəbdəbəli gecə həyatı ilə gündəmdə olan bu klublarda Bentli Fizuli hər axşam başına gənc xanımları yığaraq səhərəcən çəkən eyş-işrət məclislərinin həvəskarıdır.
Bir neçə ay öncə oğluna bahalı maşın alan Fərəcov dostlarına oğlunun bu maşınla gözəl qızlar “tutduğunu” deyərək lovğalanırdı.
Bundan başqa, iş adamı – oğlu Ağaəlinin kirvəsi olaraq Osman İsayevin adını çəkərək də qürrələnirdi.
İnteryeri Swarovski daşlarla bəzədilmiş “Paradise” klubunun tikintisi iş adamına bir neçə milyona başa gəlib.

kivnews.com
”Porcshe” ilə qızı öldürən gəncin atası Fizuli kimdir? – ARAŞDIRMA
”Porcshe” ilə qızı öldürən gəncin atası Fizuli kimdir? – ARAŞDIRMA
”Porcshe” ilə qızı öldürən gəncin atası Fizuli kimdir? – ARAŞDIRMA


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qizi, kimdir, gencin, olduren, Fizuli, Porcshe, atasi, ile, ARAShDRMA
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ