SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Filarmoniyada toqquşan maraqlar

Filarmoniyada toqquşan maraqlar

Tarix:

20-02-2017, 17:43

/ 2 096 dəfə oxundu.
Filarmoniyada toqquşan maraqlar

Gəncə Dövlət Filarmoniyasının direktoru Gülçin Mirzəyevanın rüşvət videosunun yayılmasından sonra, ölkə mediasının diqqəti Azərbaycanın ikinci ən böyük şəhərinə yenidən döndü.Maraqlısı budur ki, Respublikamızın xalq artisti Şahnaz Həşimovanın flarmoniyanın direktoru vəzifəsindən uzaqlaçşdırılması olayı Mədəniyyət və Turizim naziri Əbülfəz Qarayevlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev arasında baş verən qarşıdurmanın nəticəsi kimi də qiymətləndirilir.Düzdür Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva məhz Əbülfəz Qarayevin əmri ilə bu vəzifəyə təyin olunanda da Elmar Vəliyevin "Dabrosu”alınıb.Amma 2016-cı ilin sonunda Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən Şahnaz Həşimovanın fəaliyyəti Əbülfəz Qarayev tərəfindən mənfi qiymətləndirildikdən və vəzifəsindən uzaqlaşdırıldıqdan sonra tərəflər arasında münasibətlər yenidən gərginləşib.Məlumata görə Elmar Vəliyev Şahnaz Haşımovanın direktor vəzifəsindən çıxarılmasına qarşı olub. Gülçin Mirzəyevanın icra başçısının üzərindən iş çevirərək nazirə yol tapması və Şahnaz Həşimovadan boşalan direktor postuna yiyələnməsin məlumata görə Elmar Vəliyev həzm edə bilməyib.Məlumata görə,daima istədiyi şəxsi vəzifəsindən azad edən və istədiyi şəxsi vəzifəyə gətirən icra başçsı Gülçin Mirzəyevanın direktor təyin olunmasına baxmayaraq flarmoniyaya buraxdırmayıb.Bu ilin yanvar ayında flsrmoniyaya direktor təyin olunan Gülçin Mirzəyevanın videosunun yayılması isə Elmar Vəliyev üçün göydən səbətdə düşən fürsət kimi də qiymətləndirilə bilər.Yəni icra baçısı baş verən olaydan yararlanaraq Gülçin Mirzəyevanın direktor vəzifəsindən uzaqlaşdırmaqla istədiyi şəxsi bu vəzifəyə Əbülfəz Qarayevə təyin etdirə bilər.

Şərhlər

XƏBƏR LENTİ