Rüşvət alarkən həbs olunan direktorun yerinə - Təyinat
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə xalq artisti Samir Cəfərova vəzifə verilib. Report xəbər verir ki, Opera və Balet Teatrının solisti Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunub.
Məlumata görə, nazir ötən gün Gəncədə olub. Vətəndaşlarla görüşən Qarayev məlum əmri elə orada olarkən verib.
Xatırladaq ki, sözügedən postla bağlı dəfələrlə mediada məlumat yayımlanmışdı. Belə ki, Azərbaycanın xalq artisti Şahnaz Haşımova 19 il Filarmoniyanın direktoru olub. O, bu ilin mart ayında nazirin əmri ilə vəzifəsindən azad olunub.
Xalq artistini əvəzedən director Gülçin Mirzəyeva isə qalmaqallı şəkildə işdən çıxarılıb. Onunla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Xanım direktorun rüşvət alarkən görüntüləri yayılmışdı.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...