yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Yol polisi qəza törədən şəxsi niyə evə göndərib?

Yol polisi qəza törədən şəxsi niyə evə göndərib?
2-02-2018, 17:37 184 dəfə baxılıb

Son aylarda şəhid Elton Əkbərovun qızı, 3 uşaq anası Könül Əkbərovanı maşınla vuraraq öldürməkdə təqsirləndirilən iş adamının oğlu, 17 yaşlı Rəhim Rəhimov ölkə gündəmindədir. Onun atası Akif Rəhimov "Xırdalan Xəz" Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri, əmisi Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidr.

R.Rəhimovun dünənki məhkəmə prosesində verdiyi ifadə isə yenidən ictimaiyyət arasında aktiv müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, sürücülük vəsiqəsi olmadan atasının “Jeep”ini sürücüdən alaraq sürən R.Rəhimov yağışlı hava olduğu üçün yolu görmədiyini və istəmədən K.Əkbərovanı vurub öldürdüyünü bildirib.

O, həm də hadisə yerindən qaçmaqda ittiham edilir. Lakin o istintaqın bu iddiası ilə razılaşmayıb və onu hadisə yerindən yol polislərinin göndərdiyini qeyd edib: “Hadisə yerinə gələn polislər soruşdu, dedim mən etmişəm. Sonra başqa polislər də gəldi, dedilər "səni tanıyırıq, narahat olma, yaxşı olacaq". Yəqin maşının nömrəsindən valideynlərimi tanıyıblar. Mən onlara özümü təqdim etmədim, onlar hər şeyi yaxşı bilirlər. Polislər müəyyən səbəblərə görə mənə dedilər ki, "hadisə yerindən uzaqlaş, taksiyə min get, atana xəbər ver, sürücünüz bura gəlsin". Fikirləşdim yəqin atamla əmimi tanıdıqları üçün özləri yoluna qoyacaqlar. Polis maşınları YP 251, YP 254 idi, sonra da yuxarılardan olan YP 250 gəldi. Mən də getdim. Sürücümüz Əmrulla ora gəldi, həmin gündən sonra da mən başqa sürücümüzlə universitetə gedib-gəlirdim. Hadisədən sonra da ən azı 1 saat orada qalmışam”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: shexsi, niye, polisi, toreden, gonderib, Yol, eve, qeza
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ