yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Elşən həmin pulu həbs edilməməsi üçün MTN-nin vəzifəli şəxslərinə ötürüb" - MTN işi

18-02-2017, 13:34 246 dəfə baxılıb
yüklənir...

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan MTN zabitinin məhkəməsi hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilib.

Məhkəmədə MTN zabiti barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb. Məhkəmədə iştirak edən zərərçəkmiş iş adamları bu vəsatətin təmin edilməməsini istəyiblər.

Onlar Vüsal Ələkbərovun yalnız bir şərtlə- pullarının geri qaytarılacağı təqdirdə ev dustaqlığına buraxılmasına razı ola biləcəklərini deyiblər.
Dövlət ittihamçısı da vəsatətin təmin edilməməsini istəyib. Vüsal Ələkbərovun vəsatəti növbəti dəfə təmin edilməyib.


Məhkəmə prosesinin davamında zərərçəkmiş şəxs qismində tanınan iş adamı Elşən Mədətovun epizodu üzrə şahidlər ifadə verib.
İlk olaraq şahid qismində Elşən Mədətovun tələbə yoldaşı Qaçay Əzizov ifadə verib. O bildirib ki, 2008-ci ildə Elşən Mədətovun MTN tərəfindən sıxışdırılması, ondan külli miqdarda pul tələb edilməsi barədə eşidib.

“Bütün bunları mənə Elşənin özü danışıb. Ona maddi cəhətdən köməklik etməyimi də istədi. Mən ona 45 min manat borc vermişəm. Tanışım İlkindən aldığım 20 min manatı da götürüb Elşənə kömək üçün verdim. Sonradan eşitdim ki, Elşən həmin pulu həbs edilməməsi üçün MTN-nin vəzifəli şəxslərinə ötürüb”- deyə şahid qeyd edib.

Daha sonra Elşən Mədətovun sürücüsü Zahid Əliyev ifadə verib. O, bildirib ki, 2008-ci ilin axırlarında Elşən Mədətovu bir neçə dəfə MTN-ə aparıb: “Oradan çıxanda hiss edirdim ki, Elşən müəllimin qanı qaradı. Maşında olanda kiməsə zəng edirdi, nəsə danışırdı. Onun danışdıqlarından başa düşürdüm ki, MTN-də ondan pul tələb edirlər, tez-tez də MTN-nin Vüsal adlı əməkdaşının adını çəkirdi. Amma mən ondan heç nə soruşmamışam, o da mənə heç nə deməyib”.

Zahid Əliyev ifadəsində MTN əməkdaşı Vüsal Ələkbərovun tələb etdiyi pulların onun idarə etdiyi maşınla aparıldığını da bildirib: “Elşən müəllim bir dəfə pulu MTN-də verib, ikinci dəfə isə Yasamal rayonunda binaların arasında. Yasamal rayonunda pulun kimə verilməsini gördüm. İstintaq zamanı tanınmağım üçün mənə təqdim olunan şəkillərdən həmin şəxsin MTN-nin şöbə rəisi olmuş Vüsal Ələkbərov olduğunu tanıyıb təsdiqlədim”.

Zərərçəkmiş iş adamı da sürücüsünün dediklərini tədiq edib. Elşən Mədətov deyib ki, o zaman MTN insanlar arasında xof yaradırdı, bu işləri heç kimin bilməməsi üçün hədə-qorxular gəlirdilər: “Buna görə də mən heç kimə bir söz demirdim. Zahid Əliyev burada həqiqəti danışır”.
Daha sonra şahid qismində ifadə verən Nəsrəddin Sultanov bildirib ki, Vüsal Ələkbərov ondan da həbs edilməməsi üçün 50 min manat tələb edib. Ancaq o, MTN zabitinin bu tələbini rədd edib.

Onun sözlərinə görə, Vüsal Ələkbərova heç bir pul verməyib: “Vüsal Ələkbərov dedi ki, “banka qızının və yoldaşının adına qoyduğun pulları haradan alıbsan?”. Mən də MTN-nin rəhbərliyinə ərizə ilə müraciət etdim. Bundan sonra Vüsal məndən əl çəkdi”.

Nəsrəddin Sultanov daha sonra ifadəsində qeyd edib ki, Elşən Mədətov onun dayısı oğludur və onun MTN tərəfindən hədələnməsindən xəbəri olub: “Elşənin həbs edilməməsi üçün Mövlam Şıxəliyev və Vüsal Ələkbərov ondan 300 min dollar tələb edirdilər. Elşən tanışlardan, qohumlardan pul yığırdı. Mən də özümdə olan 30 min manatı Elşənə verdim ki, pulun üstünə qoysun, onlara versin. Biz o vaxtı MTN-ni milləti talayan nazirlik kimi adlandırırdıq”.

Daha sonra prosesdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mehrac Qurbanovun epizodu üzrə şahidlər dindirilib. Məlumat üçün bildirək ki, Vüsal Ələkbərov həbs edəcəyi ilə bağlı hədə-qorxu gələrək, Mehrac Qurbanovdan 200 min dollar alıb.

Məhkəmədə Mehrac Qurbanovun qardaşı Heydər Qurbanov ifadə verib. O, bildirib ki, 2008-ci ilin oktyabr-noyabr aylarında qardaşı Mehraca pul lazım olub: “Mən də mal-qaramı satdım, 10 min manat toplayaraq qardaşıma verdim. Pulu MTN-ə verəcəkdi”.

Digər şahid Kərim Tağıyev də bildirib ki, dayısı oğlu Mehrac Qurbanovdan 2008-ci ilin oktyabr-noyabr aylarında MTN əməkdaşları tərəfindən hədələnərək, pul tələb edilməsindən xəbər tutub: “Bu səbəbdən Mehrac məndən də pul istədi. Ona 18 min manat verdim. O, pulu düzlədərək MTN əməkdaşlarına verməsəydi, onu tutacaqdılar”.

Məhkəmə prosesi fevralın 23-də davam edəcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ