yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

400 minə toy edən məmuru ləğv edilən “Dəmirbank” və MTN-lə nələr birləşdirir?

400 minə toy edən məmuru ləğv edilən “Dəmirbank” və MTN-lə nələr birləşdirir?
28-12-2017, 09:53 151 dəfə baxılıb

Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürov lisenziyası ləğv edilən “Dəmirbank” ASC-nin keçmiş rəhbərliyi ilə qohum imiş
Qızına 400 minlik toy etməklə məşhurlaşan baş liftçinin kürəkəni Oktay Əmircanov "Dəmirbank" ASC-nin idarə heyətinin sabiq sədri Roman Əmircanovun oğludur.
R.Əmircanov “Dəmirbank”da vətəndaşların əmanətlərini mənimsəmək və müxtəlif qanunsuz bank əməliyyatları həyata keçirmək ittihamı ilə vəzifəsindən uzaqlaşmışdı.
Belə ki, Q.Şükürovun qudası bank rəhbəri olduğu dövrdə ölkədən offşora pullar çıxarıb. Ona bu işlərdə həbsdə olan MTN generalı Akif Çovdarov kömək edib.
Mətbuatda gedən yazılara görə. A.Çovdarov da R.Əmircanovun digər oğlunun qayınatasıdır.
Övladları MTN generalı və lift idarəsi direktorunun qızları ilə evlənən R.Əmircanovun ölkədən qaçdığı haqda iddialar var. Roman Əmircanov Borçalının qədim nəsillərindən olan Əmircanlı soyundandır.
Atası Əmircanov Dünyamalı Məhəmməd oğlu Gürcüstan SSR-də müxtəlif vəzifələrdə çalışıb. Anası Roza Məmid qızı Əmircanova (Musayeva) Borçalının qədim nəsillərində biri olan Gülməmmədli nəslinin nümayəndəsidir.
Roman Əmircanov 16 oktyabr 2009-cu il tarixdən etibarən "Dəmirbank"ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib və 2016-cı ilə qədər bu vəzifədə işləyib.
Onun oğlu və Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov da MTN-də işləyib. Nazirlikdəki cinayət şəbəkəsi ifşa edildikdən sonra onu işdən uzaqlaşdırıblar.
Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi R.Əmircanovun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb.
Hazırda problem yaşayan yeddi nəfər vətəndaş, o cümlədən şəhid və Milli Qəhrəman ailələrinin üzvləri on illərlə manat-manat topladıqları pulları “DəmirBank”a əmanət ediblər.
İnsanların əllərində rəsmi müqavilələr, pulların mədaxil qəbzləri, əmanət kitabçaları, hətta bankın səlahiyyətli şəxsləri tərəfindən imzaları var.
Depozit əmanətlərin müqavilə müddətlərinin aylardır bitməsinə baxmayaraq, bu günə qədər geri qaytarılmayıb, pullar mənimsənilib.
“Dəmir bank”ın hazırki rəhbərliyi isə əmanətçilərin qarşısında məsuliyyətdən yayınmaq üçün Səbael filialının müdiri olmuş Fərəh Rəşadətlini qabağa verib.
Onu “günah keçisi” çıxarmaqla bank rəhbərliyi canını qurtarmaq istəyir. Belə ki, Rəhman Hacıyev və bankın bütün rəhbərliyi məsuliyyətdən filial müdirinin hesabına yayınmağa çalışır.
Hətta filial müdirini işdən azad ediblər. Bununla guya görüntü yaratmağa çalışıblar ki, əsl təqsirkar cəzalandırılıb. Halbuki, bu nağıla inanmaq üçün kifayət qədər sadəlövh olmaq lazımdır.
Faktiki olaraq Roman Əmircanov Akif Çovdarova çirkli pulların leqallaşdırılmasında, külli miqdarda maliyyə vəsaitlərinin Hollandiyanın İNG Bankına və offşor bölgələrdəki banklara köçürə bilməsində kömək edib.
Bu qanunsuz bank əməliyyatları zamanı Akif Çovdarov qudası Roman Əmircanova müəyyən faiz də verib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi gedir.
F.Rəşadətli azyaşlı uşağı olması nəzərə alınaraq ev dustaqlığına buraxılıb. Və belə qohumluq əlaəqlərinə malik olan Q.Şükürovun bundan sonra vəzifədə çox qalacağı gözlənilən deyil.

Palitika.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: mine, legv, memuru, MTN le, toy, ve, eden, Demirbank, edilen, neler, birleshdirir, 400
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ