yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Turan” məhkəməni uddu

“Turan” məhkəməni uddu
19-12-2017, 15:39 109 dəfə baxılıb

Dekabrın 19-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Turan” informasiya agentliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiasına baxış bitib
Məhkəmə Bakı Şəhər Lokal Gəlirlər Departamentinin 15 sentyabr 2017-ci ildə çıxardığı vergi sanksiyası qərarını ləğv edib. Həmin qərara əsasən, “Turan”ın 36 min 547 manat vergi borcu (27 min 253 manatı əsas borc, 9 min 294 manatı hesablanmış faizlər) olub.
Xatırladaq ki, avqustun 7-də Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”a qarşı cinayət işinə başlayıb. Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev tutulub, Yasamal Rayon Məhkəməsi onu qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs edib.
Sentyabrın 11-də Yasamal məhkəməsi Mehman Əliyev barəsində həbs qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz etdiyinə görə direktor azadlığa buraxılıb.
Oktyabrın 30-da Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”a qarşı cinayət işinə xitam verib, Mehman Əliyevin ölkədən çıxışına qoyulan qadağa götürülüb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: mehkemeni, uddu, Turan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ