SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq

İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq

Tarix:

8-12-2017, 09:26

/ 1 590 dəfə oxundu.
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq

İlin sonuna qədər daha 2 nazir postunu itirəcək. Bununla da hakimiyyət komandasının seçkiöncəsi yenilənməsinin birinci mərhələsinə yekun vurulacaq. Bu barədə hakimiyydəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, eyni zamanda 1 dövlət komitəsi sədrinin və 10 yaxın icra başçısının da karyerasına son qoyulacaq: Dəyişikliklər əsasən iqtisadi nazirlik və komitəni əhatə edəcək. hətta bu nazirliklərin yenidən təşkili ehtimalı var. Bununla yanaşı, 10-a yaxın icra başçısının da yeniləri ilə əvəzlənməsi gözlənilir.

Mənbə kayerasını bitirəcək nazirlərin adlarını açıqlamasa da, onların da Fazil Məmmədov kimi gözlənilməz şəxslər olduğunu deyir: Artıq oliqarxların texnokratlara əvəzlənməsi prosesi gedir. Proses seçkiyə qədər də və seçkidən sonra da davam edəcək- deyə mənbə vurğulayıb.

2 gün öncə prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov işdən çıxarılıb, onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib. Təhsil naziri postuna hələlik təyinat yoxdur.

istiqlal.az

Şərhlər

XƏBƏR LENTİ