Vergilər Nazirliyində növbəti kütləvi ixtisar - Nazir büdcədənkənar fond hesablı müfəttişləri "yola salır"
Vergilər Nazirliyində növbəti kütləvi ixtisar həyata keçirilib.
Daxil olan xəbərə görə, nazir Mikayıl Cabbarov növbəti dəfə kütləvi işdənçıxarma ilə bağlı əmr imzalayıb. Belə ki, bu dəfə də ixtisarlara düşənlər Vergilər Nazirliyinin nəzdində büdcədənkənar fond hesablı müfəttişlər oldu.
Məlumat üçün bildirək ki, bir müddət öncə də 20-yə yaxın vergi müfəttişinin işdən kənarlaşdırılması ilə bağlı məlumat vermişdirk. Bu işdən çıxarmaların seçkidən sonra da davam edəcəyini nəzərər çatdırmışdıq.
Saytımıza daxil olan məlumata görə. M.Cabbarov seçkidən sonra analoji əmr verərək hər idarədə 5-6 nəfər olmaqla, ümumilikdə 20-dən çox büdcədənkənar fond hesablı müfəttişləri işdən çıxarıb. O da bildirilir ki, Mikayıl Cabbarov büdcədənkənar fond hesablı müfəttişləri nazirlik sistemindən tamamilə uzaqlaşdırmaq istəyir. Yəqin ki, böyük səs-küy olmaması üçün bu sistemi birfələlik deyil, mərhələli şəkildə ləğv edəcək.
Bir daha xatırladaq ki, Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra qısa müddət ərzində qurumda mühüm dəyişikliklər etdi. Xüsusən də sabiq nazir Fazil Məmmədova yaxın bütün yüksək rütbəli məmurları nazirlikdən kənarlaşdırdı.
Görünən odur ki, nazir bu prosesi davam etdirmək niyyətindədir.
Mia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...