İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq

İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq İlin sonuna qədər daha 2 nazir postunu itirəcək. Bununla da hakimiyyət komandasının seçkiöncəsi yenilənməsinin birinci mərhələsinə yekun vurulacaq. Bu barədə hakimiyydəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, eyni zamanda 1 dövlət komitəsi sədrinin və 10 yaxın icra başçısının da karyerasına son qoyulacaq: Dəyişikliklər əsasən iqtisadi nazirlik və komitəni əhatə edəcək. hətta bu nazirliklərin yenidən təşkili ehtimalı var. Bununla yanaşı, 10-a yaxın icra başçısının da yeniləri ilə əvəzlənməsi gözlənilir.

Mənbə kayerasını bitirəcək nazirlərin adlarını açıqlamasa da, onların da Fazil Məmmədov kimi gözlənilməz şəxslər olduğunu deyir: Artıq oliqarxların texnokratlara əvəzlənməsi prosesi gedir. Proses seçkiyə qədər də və seçkidən sonra da davam edəcək- deyə mənbə vurğulayıb.

2 gün öncə prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov işdən çıxarılıb, onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib. Təhsil naziri postuna hələlik təyinat yoxdur.

istiqlal.az
Geri qayıt