SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Lerikdə maşın dərəyə aşıb - Yaralılardan biri öldü

Lerikdə maşın dərəyə aşıb - Yaralılardan biri öldü

Tarix:

7-11-2017, 16:21

/ 84 208 dəfə oxundu.
Lerikdə maşın dərəyə aşıb - Yaralılardan biri öldü

Lerikdə avtomobil dərəyə aşıb. Lerik-Orand yolunda Orand kənd sakini İsabala Sarıbala oğlu Əzimovun idarə etdiyi ”UAZ” markalı minik avtomobili idarəetmənin itməsi səbəbindən dərəyə aşıb.

Nəticədə sürücü və avtomobildə olan həmkəndliləri - Müseyib Qafar oğlu Həmidov, qardaşı Ramil ağır xəsarət alaraq Lerik rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onları ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan Lənkəran RMX-na yola salınıb.

Digər sərnişin İsabala Əzimov həkimlərin səyinə baxmayaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Şərhlər

XƏBƏR LENTİ