SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Dağlıq Qarabağa icazəsiz gedən türkiyəlilər Azərbaycana təhvil verilsin - ETİRAZ

Dağlıq Qarabağa icazəsiz gedən türkiyəlilər Azərbaycana təhvil verilsin - ETİRAZ

Tarix:

28-09-2017, 18:31

/ 105 052 dəfə oxundu.
Dağlıq Qarabağa icazəsiz gedən türkiyəlilər Azərbaycana təhvil verilsin - ETİRAZ

Sentyabrın 22-də Türkiyədən olan bir qrup şəxs “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndirib. Türkiyənin tanınmış simalarından Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlunda ibarət qrupun Azərbaycan işğal altında olan torpaqlarına qeyri-qanuni səfər etməklə Türkiyə ilə Azərbaycan arasındakı mövcud nümunəvi əlaqələrin ruhuna zidd addımlar atıb.
Bu hadisə Azərbaycan ictimaiyyətində təəccüb, böyük narahatlıq və hiddətlə qarşılandı. Bəs rəsmi Bakı həmin şəxslərin axtarışa verilməsi üçün hansı tədbirləri görə bilər? “Lapşin metodu”ndan istifadə etmək mümkündürmü?
Politoloq Qabil Hüseynli hafta.az-a açıqlamasında deyib ki, Azərbaycandan icazəsiz Dağlıq Qarabağa və işğal altındakı digər bölgələrə səfər edən türkiyəli ziyalılara qarşı “Lapşin metodu”ndan istifadə edilməlidir. Daha sonra isə onlar Azərbaycan sərhədlərini qeyri-qanuni keçdiklərinə görə, həmin şəxslərin hər biri haqqında cinayət işi qaldırılmalıdır:
“Cinayət işi qaldırıldıqdan sonra həmin “ziyalılar” İNTERPOL xətti ilə “qırmızı bülleten”lə axtarışa verilməlidir. Ufuk Uras, Səid Çəkinoğlu və başqaları Türkiyə tərəfindən saxlandıqdan sonra Azərbaycan tərəfinə ektradilsiya edilməlidir. Onlar üçün “Lapşin nümunəsi” məhkəmə qurulmalı, eyni zamanda Dağlıq Qarabağda Azərbaycan əleyhinə söylədikləri fikirlər cinayət təhqiqatının obyektivinə çevrilməlidir. Bir sözlə, Türkiyədən gedən həmin şəxslərə yaxşı “qulaqburması” verilməlidir. Bu dəfə onlar həbs edildikdə bağışlanmamalı, cəzalarını axıra qədər çəkməlidirlər. Bu cür addımlar Türkiyə və Azərbaycan arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərini qətiyyən zədələyə bilməz. Hətta deyərdim ki, iki ölkə arasındakı münasibətlərin zədələnməsinə yönəlmiş provakativ addımları atan şəxslərin cəzalandırılmasına Ankara, Türkiyənin indiki siyasi rəhbərliyi ürəkdən şad olar”.
Politoloq Elçin Mirəzəbəylinin sözlərinə görə, bu səfərlər Azərbaycan və Türkiyə arasındakı münasibətlərə təsir edə bilməz. Digər tərəfdən, birmənalı şəkildə bildirirəm ki, bu şəxslərin işğal altındakı Dağlıq Qarabağa səfəri Türkiyə hökümətinin mövqeyini hər hansı bir formada ifadə etmir. Edə də bilməz:
“Şübhəsiz ki, Bakı ilə Ankara arasında hüquqi müstəvidə əməkdaşlıq var. Bu istiqamətdəki əməkdaşlıq imkan verir ki, adıçəkilən şəxslərə qarşı müvafiq addımlar atılsın. Azərbaycan bu məsələ ilə bağlı Türkiyəyə müraciət edə bilər. Hətta rəsmi Bakı müraciət etməsə belə, qardaş ölkənin müvafiq qurumları Azərbaycanın ərazi bütövlüyünü pozduqlarına görə, həmin şəxslərə qarşı müvafiq addımlar ata bilər. Azərbaycanın adına böhtanlar yağdırdığına, separatçı qurumla əməkdaşlıq etdiklərinə görə cəzalandırılmalıdır. Bundan başqa, onlar Azərbaycana da təhvil verilə və mühakimə oluna bilərlər. Qənaətimə görə, Azərbaycan FETÖ üzvü olan, bunda şübhəli bilinən şəxslərə qarşı hansı addımları atmışdısa, hətta onların məsuliyyətə cəlb olunması istiqamətində prinsipial mövqe sərgiləmişdilərsə, eyni zamanda FÖTÖ rəhbərinin açıqlamasını efirə verən bir telekanalın qapanması istiqamətində addım atmışdısa, bu davranışlar Türkiyə tərəfindən də həyata keçirilməlidir. Çünki Azərbaycan – Türkiyə münasibətləri bunu tələb edir”.

Şərhlər

XƏBƏR LENTİ