yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Şapka Mamed” Şirzad Abdullayevə batacaqmı?

“Şapka Mamed” Şirzad Abdullayevə batacaqmı?
5-02-2017, 21:57 569 dəfə baxılıb
yüklənir...

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bu postu ələ keçirməyə ambisiyalıdır.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) və bir sıra qurumlara rəhbərlik edən Məmməd Musayev Sahibkarlığa Kömək Milli Fondunu da nəzarətə götürmək iddiasındadır. Mənbə qeyd edir ki, mahiyyətcə hər iki təşkilat eyni funksiyanı yerinə yetirir.

Həm Şirzad Abdullayev, həm Məmməd Musayev barəsində ittihamlar var. M.Musayev bu postdan sahibkarların probleminin çözülməsi üçün yox, şəxsi biznesinin çiçəklənməsi üçün faydalanır. M.Musayev uzun illər ölkənin bank sistemində müxtəlif vəzifələr tutub.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti da şəffaf deyil. Söhbət bu qurumun sahibkarlara kömək məqsədi ilə ayırdığı vəsaitlərin xeyli hissəsinin təyinatına uyğun şəkildə xərclənməməsi, bəzi hallarda isə rüşvət və korrupsiya predmetinə çevrilməsindən gedir.

SKMF-nin fəaliyyəti heç də birmənalı olaraq kiçik və orta biznesin inkişafına yönəlməyib.

Bu fond tərəfindən kreditlərin ayrılmasında ciddi korrupsiya hallarına yol verilməsi və kreditlərin əksər hallarda təyinatı üzrə xərclənmədiyi iddia olunur.

Eyni zamanda qeyd olunur ki, SKMF-dan xırda fermerlərin və orta təbəqəyə aid sahibkarların kredit götürməsi bir çox hallarda mümkünsüz olur. Bu baş tutanda isə fermerlərdən «haqq» tələb edilir.

M.Musayevə gəlincə, "Şapka Mamed” ləqəbi ilə tanınan ASK rəhbərinin Beynəlxalq Banka rəhbər gətiriləcəyi haqda iddialar dolaşırdı. Amma təsdiqlənmədi.

Ölkəninin orta biznes nümayəndələri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinin Məmməd Musayevin «şapkasını» daşıya bilmirlər. Azərbaycan Sahibkarlar Konfedersaiyası kimə lazımdır?

Bu sualla Azərbaycan Sahibkarlar Konfederasiyasına üzv olan sahibkarlara və iş adamlarına müraciət olunsa, bütün sahibkarlar bir ağızdan eyni savabı verərlər: Yalnız Məmməd Musayevə!

Məmməd Musayevin yığdığı üzvlük haqqlarının hara sərf olunması ilə bağlı heç kimə hesabat vermir və ondan da kimsə hesabat tələb edə bilməz.

Amma bir zamanlar mətbuatın da yazdığına görə Məmməd Musayev sahibkarlardan toplabığı «xərac» hesabına qızına Badamdarda dəyəri milyon manatlarla ölçülən özəl klinika tikib.

Yerli mətbuatın yazdığına görə davamlı olaraq falçıların və baxıcıların xidmətindən istifadəedən Musayevlər ailəsi hər il falçılara yüz min manatlarla vəsait sərf edirlər.

Mətbuatın yazdığına görə hətta Məmməd Musayevin xanımı bir neçə il əvvəl tanımış falçı Zirəddin Rzayevə «Mersedes Gelenvagen» bağışlayıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017


19-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ