XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İqtidardakı rəqiblərinin “Şapka Mamed”ə həmləsinin müdhiş gizlinləri

İqtidardakı rəqiblərinin “Şapka Mamed”ə həmləsinin müdhiş gizlinləri

İqtidardakı rəqiblərinin “Şapka Mamed”ə həmləsinin müdhiş gizlinləri
1-07-2017, 09:52

“Şapka Mamed” ləqəbli “AqrarKredit” təşkilat rəhbəri Məmməd Musayevin başı üzərində “qara bulud”lar dolaşır. Müxtəlif mənbələr onun barəsində məlumatlar sızdırır.
Onun gah həbs ediləcəyi, gah başının Beynəlxalq Bank işinə görə bəlada olduğu haqda informasiyalar tirajlanır.
Əslində, “Şapka Mamed”lə bağlı hansı prosesin getdiyi cəmiyyətə sirr olaraq qalmaqdadır. Hökumətin bu şəxslə bağlı planlarının nədən ibarət olduğu açıqlanmır.
Bəzi iddialara görə, M.Musayevi iqtidardakı rəqibləri “vurdurur”. Onun əleyhinə başlanmış kampaniyada kompromat materiallar sızdırılır.
Məqsəd onu sıradan çıxarmağa hesablanıb. Çünki kifayət qədər güclənib və bank sektorunda bir imperatora çevrilib.
Bank sektoru üzrə ixtisaslaşmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov müflis olmuş bankların problemli kreditlərinin “AqrarKredit”ə verilməsinin zərərli olduğunu bəyan etmişdi.
Sitat: “AqrarKredit” rəhbərliyi qeyri-peşəkar, yalnız öz mənfəətlərini güdən şəxslərdir. Rəhbəri Məmməd Musayev “Şapka Mamed” kimi tanınır. Beləsi problemli kreditləri necə qaytaracaq?
Reallıqda bu gün Məmməd Musayevə fövqəladə səlahiyyətlər verilib. Məhkəmələr onun bir sözünü iki etmir, tapşırıq var ki, hamı ona kömək etsin və o, kreditləri qaytarsın.
Qaytarırmı? Məlumat yoxdur! “Şapka Mamed” ictimaiyyət qarşısına indiyədək çıxıb məlumat vermir ki, nə işlə məşğuldur və nə edə bilib.
Reallıqda isə Beynəlxalq Bankın kreditlərinin qaytarılması adı ilə həmin banka borcu olanların əmlakını əlinə keçirir.
E.Mahmudovla əlaqələri olan, oğlu MTN-də işləmiş, özü sahibkarların başına müsibətlər gətirmiş “Şapka Mamed”dən daha bir sahibkar bu günlərdə şikayət edib.
Neftçala rayonu Aşağı Surra kənd sakini Rahim Zamanxan oğlu İmanov deyib ki, M.Musayevin sayəsində müflis olub.
M. Musayev və onun oğlu F. Musayev bir müddət öncə qara bazarda valyuta maxinasiyalarını idarə ediblər.
Bu minvalla 150 milyon dollar gəlir əldə etmişlər və nəticədə, dövlət, onun maliyyə siyasəti ciddi zərərə uğramışdı. Görünür, dövlət bu cinayəti “Şapka Mamed”ə bağışlamaq niyyətində deyil.
M.Musayev açıqlamasında deyib ki, barəsində yayılan məlumatlar əsassızdır: “Mən işimin başındayam. Hər yazılanlara fikir vermirəm. Lazım gələrsə, rəsmi münasibətdə bildirəcəyik. Şaiə həmişə olub.
Nə yazırlar yazsınlar. Boş şeyə mən nə münasibət bildirməliyəm? Bir neçə ay bundan əvvəl mənim fəaliyyətimə dövlət başçısı qiymət verdi. Cənab prezident İlham Əliyev Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyim töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətimə görə məni 2-ci dərəcəli "Vətənə xidmətə görə” orden ilə təltif etdi. Bu sözlərin qarşısında mənə başqa sual verməyin. Sağ olun”.

Ulus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.