yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Deputatdan Yazıçılar Birliyinə dəstək: - "200 min manat ayrılsın”

Deputatdan Yazıçılar Birliyinə dəstək: -
13-09-2017, 11:11 35 199 dəfə baxılıb
yüklənir...

“AYB-nin illik büdcəsinə dövlət tərəfindən ildə əlavə olaraq 100-200 min manat artıq vəsait ayrılsın”.

Bunu Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Azərbaycan Yazıçılar Birliyinin binasının birinci mərtəbəsində fəaliyyət göstərmiş “26-lar” kafesi ilə bağlı məsələyə aydınlıq gətirərkən səsləndirib. O, bildirib ki, bu maliyyəni ayırmaq dövlətimizin gücündədir:

“Müxtəlif fikirlər səsləndirilir, uduzan isə ümumən cəmiyyətimizdir. Problemin həlli isə çox sadədir. Bu təklifi Milli Məclisin payız sessiyasında büdcə müzakirəsi zamanı qaldırmaq fikrindəyəm. Qoy Yazıçılar Birliyi üzvlərinin ortaya çıxan bir sıra problemlərinin həllində sıxıntı keçirməsin, tribunalardan sözümüzü daha inamla desin”.

Aydın Mirzəzadə qeyd edib ki, ədəbiyyata sərf edilən vəsait sonradan artıqlaması ilə xalqın mənəviyyatının zənginləşməsi ilə geri qayıdır: “Kafe yerləşmiş birinci mərtəbədəki sahəni isə hansısa bir təşkilat, məsələn, SOCAR müasir səviyyədə təmir edib uşaq ədəbiyyatı mərkəzinə çevilrməsinə kömək edə bilər. Dəyərli yazıçılarımız isə onlara xas olmayan işdən azad olub bizləri özlərinin yeni əsərləri ilə sevindirə bilərlər”.

AzNews.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Yazichilar, ayrilsin, destek, min, , 200, manat, Deputatdan, Birliyine
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ