Ukraynada daha bir azərbaycanlı iş adamı yoxa çıxıb - “Kiyevə gedirəm” deyib, amma...
Ukraynanın Luqansk vilayətinin Zorinsk şəhərində yaşayan azərbaycanlı iş adamı evdən Kiyevə getmək adı ilə çıxıb və geri qayıtmayıb, onunla bütün əlaqə kəsilib.
Luqanskda yaşayan azərbaycanlıların verdiyi məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, 1971-ci il təvəllüdlü Ruslan Mirzəyev artıq bir həftədir ki, itkin düşüb.
"Luqansk Xalq Respublikası”nın polisi itkin düşən azərbaycanlı iş adamının axtarışına başlayıb. Kiyevə yola düşən iş adamının evdən çıxdığı günün ertəsi gündən onunla əlaqə kəsilib və xəbər yoxdur. R. Mirzəyev uzun müddətdir Ukraynada yaşayır və kənd təsərüfatı biznesi ilə məşğuldur.
Qeyd edək ki, son bir ildə Ukraynada azərbaycanlı iş adamlarının, yaxud onların övladlarının itkin düşməsi və oğurlanması halları mütəmadi hal alıb, 25-dən çox azərbaycanlının yoxa çıxması faktı aşkarlanıb. Bununla bağlı Ukrayna Baş Prokurorluğunda ötən il cinayət işi başlanılsa da nəticə yoxdur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO