SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Prezidentin sözçüsü Navalnıdan danışdı

Prezidentin sözçüsü Navalnıdan danışdı

Tarix:

12-12-2023, 14:09

/ 318 dəfə oxundu.
Prezidentin sözçüsü Navalnıdan danışdı

 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında müxalifət lideri Aleksey Navalnıdan danışıb.

Peskov bildirib ki, Rusiyua hakimiyyəti cəzasını çəkən müxalifət liderinin həbsinə nəzarət etmək niyyətində deyib.

“Məhbusların taleyini və onların müvafiq müəssisələrdə faktiki qalma prosesini izləmək niyyətində deyilik”, - o, jurnalistlərə sualı cavablandırarkən deyib.

Vaşinqtonun Navalnının taleyi ilə bağlı narahatlıq ifadə etməsinə münasibət bildirən Peskov bildirib ki, o,  qanunla təqsirli bilinib və istənilən müdaxilə qəbuledilməzdir.

"Burada söhbət qanunla təqsirli bilinən və cəzasını çəkən məhbusların birindən gedir. Biz burada hər kəsin, o cümlədən Amerika Birləşmiş Ştatlarının hər hansı müdaxiləsini qəbuledilməz və qeyri-mümkün hesab edirik", - deyə Peskov vurğulayıb.

Bir neçə gün öncə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Navalnının taleyi ilə bağlı Vaşinqtonun narahatlığını ifadə etmişdi. Bildirmişdi ki, Navalnıdan hər hansı xəbərin olmamaması ABŞ-ı narahat edir.

Şərhlər

XƏBƏR LENTİ