SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Braziliya prezidenti Zelenski ilə görüşdən imtina edib

Braziliya prezidenti Zelenski ilə görüşdən imtina edib

Tarix:

11-12-2023, 19:32

/ 278 dəfə oxundu.
Braziliya prezidenti Zelenski ilə görüşdən imtina edib

Braziliya prezidenti Luiz İnasiu Lula da Silva ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdən imtina edib.

Bu barədə “O Globo” qəzeti məlumat yayıb. 

Zelenski Argentina prezidentinin andiçmə mərasiminə gedərkən Braziliyada dayannaraq Silva ilə görüşməyi təklif edib , lakin o, bundan imtina edib. Mənbə bildirir ki, sorğu “son anda” – dekabrın 7-də Lula da Silva və Braziliya Xarici İşlər Nazirliyinin nümayəndələri Cənubi Amerikada iştirak edən ölkələrin dövlət başçılarının sammitində olarkən edilib. 

Zelenskinin təklif etdiyi vaxt və şərait “qəribə hesab olunurdu”. Ukrayna lideri dekabrın 9-da axşam saatlarında Braziliyadakı aviabazada təyyarəsinə yanacaq doldurmaq üçün dayanıb. O, təyyarə enişindən iki saat sonra Argentinaya uçub.

Braziliyalı diplomatlardan biri hasiəni nəşrlə paylaşıb: “Çox nadir hallarda belə görüşlər aviabazada hazırlıqsız və əvvəlcədən xəbərdar edilmədən keçirilir”.

May ayında Ukrayna və Braziliya liderləri Xirosimada keçirilən “Yeddilik Qrupu” sammitində iştirak ediblər, lakin Lula da Silvanın Zelenskinin “görmədiyini” dediyi ikitərəfli görüş keçirə bilməyiblər.

Braziliya prezidenti bəyan edib ki, ölkə Ukraynada atəşkəsə, eləcə də ədalətli və davamlı sülhə töhfə verə biləcək tədbirlərə qoşulmağa hazırdır.

Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Selso Amorim  Səudiyyə Ərəbistanında keçirilən beynəlxalq görüşdə videokonfrans vasitəsilə çıxış edərək, Rusiyasız Ukrayna üzrə real danışıqları  qeyri-mümkün adlandırıb .

Şərhlər

XƏBƏR LENTİ