SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Qızının sinif yoldaşına ərə getdi: İndi Fransanın birinci xanımıdır

Qızının sinif yoldaşına ərə getdi: İndi Fransanın birinci xanımıdır

Tarix:

17-11-2023, 15:27

/ 350 dəfə oxundu.
Qızının sinif yoldaşına ərə getdi: İndi Fransanın birinci xanımıdır

 
Fransanın birinci xanımı Bricit Makron ilk dəfə evliliyi ilə bağlı bilinməyən təfərrüatları açıqlayıb və kiçik yaşlarında olan üç övladının həyatını məhv etməmək üçün Makronla evlənməyi 10 il təxirə saldığını bildirib.

Fransa prezidenti Emmanuel Makronla 16 ildir evli olan, lakin münasibətləri haqqında çox məlumat verməkdən çəkinən 70 yaşlı birinci xanım bunu “Paris Match” jurnalına hər kəsin maraq göstərdiyi sevgi hekayəsindən danışarkən deyib.

Emmanuel Makron Fransanın şimalındakı Amiens şəhərindəki katolik məktəbi olan La Providencedəki teatr müəlliminə aşiq olanda cəmi 15 yaşında idi. Həmin vaxt evli olan Bricit Ouzyer Makrondan 25 yaş böyük olub. Qızı Lorens isə Makronun sinif yoldaşı olub.

İkisi arasında böyüyən sevgi ştatda qalmaqala səbəb olanda Makronun ailəsi Bricitə “övladımızdan uzaq dur” xəbərdarlığı edib və onu Parisdəki internat məktəbinə göndərib. Lakin bu tədbirin heç bir faydası olmayıb. Makron və Bricit illərlə görüşməyə davam ediblər.

Bricit övladlarının həyatını məhv etməmək üçün Makronla evlənməyi 10 il təxirə saldığını açıqlayıb: “Parisə gedəndə onun yaşıdına aşiq olacağını düşünürdüm, amma yanıldım. Makronla evlənməyim üçün tək əngəl uşaqlarım idi. Hər şeyi yoluna qoymaq üçün mənə 10 il lazım oldu. Nələr eşitdiyimi təxmin edə bilərsiniz. Amma həyatı əldən vermək istəmirdim”.

2007-ci ildə dövlət qulluqçusu Makronla ailə quran Bricit ərinin hələ də təsirli yaddaşı və zəkası ilə onu heyrətləndirməyi bacardığını deyib: "Çoxlu parlaq tələbələrim var idi, amma heç biri Makron kimi deyildi. Mən həmişə ona heyran olmuşam".

Xatırladaq ki, keçən il televiziya verilişində Fransa prezidenti Makron özündən 25 yaş böyük həyat yoldaşı Bricitlə bağlı tənqidlərə belə cavab vermişdi: "Söhbət yaxşı nümunə olub-olmamaqdan getmir. Aşiq olanda seçim sənin deyil. Sevginin əsas prinsipi odur ki, o, hər şeyi mümkün edir. Aşiq olacağınız insan sizinlə eyni yaşda olmalıdır deyə yazılmış qanun yoxdur. Bu, sizdən daha güclü bir duyğudur".

Bakivaxdi.az

Şərhlər

XƏBƏR LENTİ