SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Cümhuriyyət elan ediləndə Papa başını tutur və deyir...

Cümhuriyyət elan ediləndə Papa başını tutur və deyir...

Tarix:

29-10-2023, 15:00

/ 277 dəfə oxundu.
Cümhuriyyət elan ediləndə Papa başını tutur və deyir...

29 oktyabr saat 18:00. Dünyanın siyasi xəritəsində yeni bir güc, böyük imperiyanın varisi - Türkiyə Cümhuriyyəti elan edildi. Türkiyə Böyük Millət Məclisi demokratik və müasir bir dövlətin banisi olacaq Mustafa Kamal Paşa Atatürkü yeni Cümhuriyyətin ilk Prezidenti elan etdi.
Atatürk dünyaya elan edir: “Milli iradəyə əsaslanan, hüquqları məhdudlaşdırılmayan, müstəqilliyi qeyd-şərtsiz qəbul edilən Türkiyə qurulmalıdır”.
Həmin günü türk mediası belə qeyd edirdi: “Xilaskar və muhibimiz, şanlı və uca qazimiz Mustafa Kamal Paşa həzrətləri Cümhuriyyəti elan etdi”.
Atatürk Türkiyə Cümhuriyyəti qurulmasını belə elan edir:
"Bu, tarixdən silinməsi istənilən bir millətin intiqamıdır”.
Atatürk sonralar bunu müsahibəsində deyəcəkdi: “Müqavimət göstərməklə, çıxış yolu tapmaqla bu məzlum milləti tarix səhnəsindən silmək istəyənlərə qarşı tədbir görməyi özümə borc bildim”.
1925-ci ildə Cümhuriyyət bayramı ilk dəfə keçiriləndə Atatürk çıxış edib deyir:
“Ey yüksələn yeni nəsil! Gələcək sənindir. Cümhuriyyəti biz qurduq, onu davam etdirəcək sizsiniz. Cümhuriyyət yüksək mənəvi dəyərlərə və keyfiyyətlərə söykənən bir idarədir. Cümhuriyyət fəzilətdir”.
Cümhuriyyət elan edilən gün bütün dünyanın gözü Türkiyədə idi. Britaniya, Amerika, Sovetlər Birliyi, Almaniya, Fransa və digər dövlətlər TBMM-in iclasını izləmək üçün bütün kəşfiyyatı işə salmışdı. Onların bir istəyi var idi - Atatürk yeni Türkiyənin rəhbəri olmasın. Lakin türk xalqı seçimini etmişdi - Türkiyə əmin əllərə - Atatürkə tapşırıldı. Türkiyə yeni Fatehə - Atatürkün əmin əllərinə tabe edildi.
Atatürkün Cümhuriyyət elan etməsi Fateh Sultan Mehmetin İstanbula daxil olması kimi dünyanın əsas mərkəzi Vatikanda diqqətlə izlənirdi. Vatikan kardinalları Papanın ətrafında durub ümid edirdilər ki, Türkiyə müstəqilik elan etməyəcək, etsə belə, Atatürkü rəhbər seçməyəcək.
Saat 18:10.
Kardinalın köməkçisi yaxınlaşıb onun qulağına pıçıldayır:
“Türkiyə Cümhuriyyət elan edildi”.
Kardinal bunu məclisə elan edəndə, Papa əllərini başına qoyub deyir:
- Fateh Sultan Mehmet yenidən doğuldu!
Bəli, dünya növbəti Fatehin addımlarını eşidirdi. Böyük qələbələrə imza atan Atatürk əmin addımlarla dünya sisteminə daxil olurdu. Dünya 600 illik Osmanlı gücünü görmüşdü və türklərin yenidən doğuluşu onları qorxudurdu. Həmin gün Vaşinqtonda, Parisdə, Londonda, Romada, Vatikanda, Tehranda və digər Türkiyə düşməni olan ölkələrdə rəhbərlər BİZ BACARMADIQ, ATATÜRK QALİB GƏLDİ deyirdilər..
İngiltərənin Baş naziri David Lloyd ölkəsinin parlamentində üzləşdiyi ittiham və tənqidlərə kədərli halda cavab vermişdi:
“Dostlar, yüzillər nadir hallarda dahi yetişdirir. Bu talesizliyimizə baxın ki, o böyük dahi çağımızda türk millətinə nəsib oldu. Mustafa Kamalın dahiliyi qarşısında əldən nə gəlirdi ki!”
Türkiyə Cümhuriyyətinin qurulmasının ikinci ildönümündə Atatürkün niyə məhz 29 oktyabr sualına cavabı belə olur:
“1918-ci ilin 30 oktyabrında Türkiyə ilə Antanta arasında Mudros sülh müqaviləsi imzalanıb. Müqaviləyə görə, Türkiyə Qafqazdakı qoşunu geri çəkməli oldu və dövlət parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Mənim o gündən 29 oktyabr 1923-cü ilə qədər çəkdiyim ağrıları və əzabları kimsə bilməzdi. Məhz bu gün, 5 il keçəndən sonra bizi bu müqaviləyə qol çəkməyə məcbur edən dövlətlər gördülər ki, bu, məzlum və dünyada o zaman tək qalan bir millətin ahıdır. 29 oktyabr o dövlətlərin tarixdən silmək istədikləri xalqın onlardan aldığı qisasdır. Biz iki gün öncə də Cümhuriyyəti elan edə bilərdik, amma məhz 29 oktyabr 1923-cü ildə bunu etməyimizin səbəbi budur: tarixdə bizi məhv etməyə çalışan dövlətlər 30 oktyabr Mudros razılaşmasını xatırlayanda bir gün öncə Türkiyə dövlətinin varlığını qəbul etməyə məcbur olacaqlar”.
Və niyə məhz Atatürk?
23 avqust 1919-cu il. Ərzurum konqresi. İngiltərə elə bilirdi ki, Türkiyəyə diktəni o edir. Lakin həmin gün Atatürk dünyanın diqqətinin bu konqresdə olduğu bir zamanda açıq bəyan edir:
“Zəfərdən sonra mütləq yeni quruluş Cümhuriyyət olacaq”.
Dərhal məxfi qriflə Türkiyədə olan ingilis admiral De Robek Londona məlumat verir: “Bu türk Paşasının niyyəti Anadolu Cümhuriyyəti qurmaqdır”.
Bütün dünyanın Türkiyənin yeni rəhbərinin başqa adam olacağı barədə planları pozulur, onlar Türkiyənin yeni Lideri Atatürkü qarşılarında görürlər.
Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün həyatını araşdıran amerikalı tarixçi, professor Arnold Lüdviq 18 illik bir tədqiqat nəticəsində 11 müxtəlif kateqoriyada əldə etdiyi məlumatları təhil edib yazır:
“Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk XX əsrin ən böyük lideridir”.
1938-ci ildə - Atatürkün vəfatı ilə bağlı amerikalı general Mak Artur ətrafındakı 120-dən artıq hərbiçiyə müraciətlə belə demişdi:
“Hazırda heç birinizi yox, öz böyük istedadı ilə Mustafa Kamalı yanımda görmək üçün nələrdən keçərdim”.
ABŞ-ı prezidenti Franklin Ruzvelt isə Atatürkün ölümünə bu cür reaksiya vermişdi:
“Mənim üzüntüm bu adamla tanış olmaq üçün hədsiz arzumun gerçəkləşməsinə artıq imkan qalmamış olmasıdır”.
Dünyada dinc mübarizənin banisi Mahatma Qandi deyir:
“Mən Atatürkü tanımayana qədər ingilisləri Allah bilirdim”.
Hind parlamentinin nümayəndəsi Sucheta Krıpalani yazır:
“Atatürk yalnız türk millətinin deyil, azadlıq, müstəqillik uğrunda savaşan bütün millətlərin öndəriydi. Onun direktivləri altında siz müstəqilliyinizə qovuşdunuz. Biz də o yoldan yürüyərək, müstəqilliyimizə qovuşduq”.
Fransanın tanınan ədəbiyyat xadimi Klaude Farrere yazır:
“O, uca bir dağa bənzyir. Ətəyində yaşayanlar bu ucalığı fərq edə bilməzlər. Bu dağın əzəmətini qavraya bilmək üçün ona çox uzaqlardan baxmaq gərəkdir”.
Bu kimi yüzlərlə, minlərlə Atatürk şəxsiyyəti haqqında etiraflar bu günün özündə də yazılır, deyilir və deyiləcək də!
Atatürk 29 oktyabr tarixində cəhalət bataqlığında boğulan xalqı xilas etdi. Onları Orta Şərqin çirkab dolu qaranlığından çıxararaq dünyəviliyin, bəşəriliyin və müasirliyin günəşi altında nurlandırdı. Atatürk bir müəllimin bir uşağın əlindən tutaraq ona yazmağı öyrətməsi tək türk xalqının əlindən tutaraq ona yazıb-pozmağı, düşünməyi, şəxsiyyət olmağı, rəiyyət yox, vətəndaş olmağı, insanlığa layiq insan olmağı öyrətdi.
Türk tarix araşdırmaçısı Adnan Güllü məqaləsində yazır ki, Moskva Sazişindən (1921) əvvəl Yusif Kamal bəy Atatürk ilə görüşüb və narahatlığını dilə gətirib: “Paşa, ruslar Naxçıvanı təkidlə istəsə, nə edək?” O isə cavab olaraq öz mövqeyini ortaya qoyaraq, Naxçıvanın qırmızı xətləri olduğunu bildirib.
Atatürk “Türk qapısı” adlandırdığı 13 kilometrlik Naxçıvan sərhədini İrandan aldı. Atatürk ilk olaraq Naxçıvanı SSRİ-ə ayrıca bir cümhuriyyət olaraq qəbul etdirdi.
1921-ci i ldə Sovetlərlə Türkiyə arasında “Qars” müqaviləsi imzalanıb. Bu müqaviləyə əsasən, Naxçıvan 3-cü bir dövlətə güzəştə gedilə bilməzdi.
Böyük bir şəcərənin nümayəndəsi, türk xalqının xeyir-duasını alan Atatürk 29 oktyabr 1923-cü ildə dünyanın siyasi xəritəsində qırmızı rəngə boyanan Türkiyə Cümhuriyyətinin elan edilməsinin səbəbkarı və ilk Prezidenti olur.

Şərhlər

XƏBƏR LENTİ