SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Ehtiyatlı olun!" - Baydendən İrana xəbərdarlıq

"Ehtiyatlı olun!" - Baydendən İrana xəbərdarlıq

Tarix:

12-10-2023, 09:18

/ 296 dəfə oxundu.
"Ehtiyatlı olun!" - Baydendən İrana xəbərdarlıq

 ABŞ Prezidenti Co Bayden HƏMAS-ın İsrailə hücumundan sonra İrana "ehtiyatlı olmaq" barədə xəbərdarlıq edib.

Bayden bu barədə Ağ Evdə yəhudi liderlərinin dəyirmi masası zamanı bildirib.

Antisemitizmə əsaslanan tədbir, hücumlar baş verməmişdən əvvəl planlaşdırılsa da, sonradan fərqli bir çalar alıb. 

O, İsrailin baş naziri Binyamin Netanyahu ilə yenidən danışdığını bildirib. Söhbət zamanı o vurğulayıb ki, İsrail “müharibə qaydaları ilə hərəkət etməlidir”.

“Bibini  (Binyamin Netanyahu  - red.) 40 ildən çoxdur ki, tanıyıram. Bizim çox yaxşı münasibətimiz var. Və dediyim yeganə şey odur ki, İsrailin mövcud olan bütün qəzəb və məyusluğa baxmayaraq, müharibə qaydaları ilə hərəkət etməsi həqiqətən vacibdir”.

Həmçinin, 80 yaşlı prezident hücumları “saf vəhşilik kampaniyası” adlandırıb.

Şərhlər

XƏBƏR LENTİ