SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiyada məktəbə bıçaqlı hücum - Yaralananlar var

Rusiyada məktəbə bıçaqlı hücum - Yaralananlar var

Tarix:

11-09-2023, 11:00

/ 246 dəfə oxundu.
Rusiyada məktəbə bıçaqlı hücum - Yaralananlar var

 
Rusiyanın Rostov vilayətində məktəbə bıçaqlı hücum olub.  

Bu barədə vilayətin qubernatoru Vasili Qolubev özünün "Telegram" kanalında məlumat verib.  

"Saat 07:50-də Neklinovski rayonundakı “Krasnıy Desant” fermasındakı məktəbdə bıçaqla silahlanmış və üzünü maskanın arxasında gizlədən 15 yaşlı yeniyetmə məktəbə daxil olmaq istəyərkən  üç nəfəri yaralayıb",  - deyə rayon rəhbəri yazıb.

Hücum edən şəxs şahidlər tərəfindən saxlanılıb.

Qolubevin sözlərinə görə, məktəbə hücum edən oğlan psixi xəstəlikdən əziyyət çəkir.

Şərhlər

XƏBƏR LENTİ