SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Vaqner”çilərdən Priqojinin ölümünə - Reaksiya

“Vaqner”çilərdən Priqojinin ölümünə - Reaksiya

Tarix:

24-08-2023, 16:19

/ 315 dəfə oxundu.
“Vaqner”çilərdən Priqojinin ölümünə - Reaksiya

 
“Vaqner”in muzdlu döyüşçüləri şirkətin rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında ölməsinə münasibət bildiriblər.

Bu barədə “Mojem obyasnit” teleqram kanalı məlumat yayıb. 

Məlumata görə, Priqojinlə əlaqəli teleqram kanallarında yayılan məlumatlarda onların rəhbərlərinin ölümü ilə bağlı qisas almağa hazırlaşdıqları qeyd olunub. Onlar hadisəyə münasibət bildirərək öz sosial şəbəkə hesablarında Priqojinin ölümünə müxtəlif şərhlər bildiriblər. Onlardan biri Priqojinin ölümünü hətta “alçaqcasına törədilmiş qətl” adlandırıb. 

“Ölüm faktı təsdiq olunarsa, qisas çox gecikməyəcək”, - deyə digəri qeyd edib. 

“Readovka” isə yazır ki, hərbi birləşmənin Yevgeni Priqojin və onun “sağ əli” Dmitri Utkinin ölümü halında atacağı addımlarla bağlı əvvəlcədən hazırlanmış və təsdiq olunmuş mexanizmi mövcuddur.

Şərhlər

XƏBƏR LENTİ