XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Nazarbayev əməliyyatdan sonra ilk dəfə xalq arasına çıxdı

Nazarbayev əməliyyatdan sonra ilk dəfə xalq arasına çıxdı

Nazarbayev əməliyyatdan sonra ilk dəfə xalq arasına çıxdı
19-03-2023, 14:20

 
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ürək əməliyyatından sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.


Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, Nazarbayev Qazaxıstanda keçirilən parlament seçkilərində səs verib. Eks-prezident Astana Operasında təşkil olunmuş seçki məntəqəsində olub.

Qeyd edək ki, Nazarbayev yanvar ayında Astanadakı Milli Elmi Kardioloji Mərkəzdə ürəyindən əməliyyat olunmuşdu.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.