SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Türkiyədə 14 nəfərin ölümünə görə inşaat mühəndisi SAXLANILDI

Türkiyədə 14 nəfərin ölümünə görə inşaat mühəndisi SAXLANILDI

Tarix:

12-02-2023, 17:00

/ 321 dəfə oxundu.
Türkiyədə 14 nəfərin ölümünə görə inşaat mühəndisi SAXLANILDI

 
Türkiyənə Kahramanmaraş şəhərində iki böyük zəlzələdə dağılan və böyük ziyan görən binalarla bağlı başladılan araşdırmada, indiyə qədər 14 nəfərin cəsədinin tapıldığı Pamukoğlu küçəsindəki binaların inşaat mühəndisi Afyonkarahisarda yaxalanıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Respublika Prokurorluğu zəlzələlərdə dağılan və zərər görən binalarla bağlı araşdırmalara başlayıb.

İlk müayinələrdə tikilən binalarda betonun keyfiyyətinin çox aşağı olduğu açıqlanıb.

Dəqiq təsbitlərə əsasən, binanın lisenziyasında texniki məsul olduğu bildirilən inşaat mühəndisi A.G. Afyonkarahisar Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) Şöbə Müdirliyi qrupları tərəfindən yaxalanıb. A.G. qruplar tərəfindən Qaziantepə göndərilib.

Şərhlər

XƏBƏR LENTİ