SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "İnşaat Servis - 2" yenə də GƏNCƏYƏ `SAHİBLƏNDİ`... - AXI NİYƏ?!

"İnşaat Servis - 2" yenə də GƏNCƏYƏ `SAHİBLƏNDİ`... - AXI NİYƏ?!

Tarix:

14-03-2022, 11:04

/ 515 dəfə oxundu.
"İnşaat Servis - 2" yenə də GƏNCƏYƏ `SAHİBLƏNDİ`... - AXI NİYƏ?!

Ərazi Tikinti - Planlaşdırma Mərkəzi "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri"nin satın alınması üçün keçirdiyi tenderi yekunlaşdırıb.

DİA.AZ xəbər verir ki, tenderin qalibi "İnşaat Servis - 2" şirkətidir. Ərazi Tikinti -Planlaşdırma Mərkəzi qalib şirkət ilə məbləği 3 milyon 500 min manat olan müqavilə imzalayıb.

Onu da qeyd edək ki, "İnşaat Servis - 2" şirkəti bundan əvvəl də Gəncədə dağılan evlərin bərpası ilə bağlı tenderi qazanmışdı. Amma onu da bildirək ki, evləri düşmən hücumundan zərər görmüş gəncəlilər bu şirkətin fəaliyyətindən heç də məmnun qalmamışdılar.

Bu barədə DİA.AZ olaraq şikayətləri də davamlı olaraq təqdim etmişdik: Evinə bomba düşən gəncəli Qarabağ qazisi ŞİKAYƏTÇİDİR...

44 günlük müharibədə evi dağılan Gəncə sakini , 1-ci Qarabağ müharibəsinin veteranı, hazırda təqaüddə olan sabiq polis əməkdaşı Əzizov Sərdar Rövşən oğlu şikayətində qeyd edirdi ki, Vətən müharibəsində raket mərmisindən dağılan evinzi “İnşaat Servis-2” MMC təmir etmək istəmir.

Onu da qeyd edək ki, "İnşaat Servis - 2" şirkətindən yeganə giley bu deyildi.

İndi belə olan təqdirdə ortaya bir sual çıxır: Nədən aidiyyatı qurumlar yenə də Gəncənin bərpasını narazılıqlar yaradan şirkətə həvalə edirlər?

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Şərhlər

XƏBƏR LENTİ