SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » TƏCİLİ! Bu ölkə terror yuvasına çevrilir - PKK üçün pul toplanır

TƏCİLİ! Bu ölkə terror yuvasına çevrilir - PKK üçün pul toplanır

Tarix:

5-02-2023, 11:00

/ 338 dəfə oxundu.
TƏCİLİ! Bu ölkə terror yuvasına çevrilir - PKK üçün pul toplanır

İsveçin paytaxtı Stokholmda PKK tərəfdarlarının prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə aldıqları çirkin təxribata göz yuman, daha sonra ifrat sağçı siyasətçi Rasmus Paludana müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi yandırmağa icazə verən İsveç PKK/YPG terror təşkilatının məskəninə çevrilib.

Stokholm Məhkəməsi terror təşkilatı PKK/YPG adından xərac toplayan 40 yaşlı şübhəlini terroru maliyyələşdirməyə, qəsb etməyə cəhd və silahlı hücumda şübhəli bilərək saxlayıb.

Prokuror Hans İhrman yerli mətbuata açıqlamasında şübhəlinin PKK terror təşkilatına pul yığmaq üçün insanları şantaj etdiyini bildirib. Prokuror Hans İhrman jurnalistlərin Türkiyənin istintaqda iştirak edib-etməməsi ilə bağlı sualına cavab verməsə də, heç bir siyasi təzyiqə məruz qalmadıqlarını bildirib.

Polisin araşdırmaları nəticəsində şübhəlinin yanvarın əvvəlində Stokholmun mərkəzində baş vermiş insidentlə əlaqəli olduğu müəyyən edilib.

Yanvar ayında odlu silahla restorana girərək havaya atəş açan şəxsin həm də hədə-qorxu ilə pul tələb etməyə cəhd və ağır silahla törətdiyi cinayətlərdə mühakimə olunacağı düşünülür.

İsveçin ədliyyə naziri Qunnar Strömmer məsələyə münasibət bildirib:

"Son illərdə terrorun maliyyələşdirilməsinə qarşı daha sərt tədbirlər gördük. İndi pulların PKK kimi terror təşkilatlarına çatmasının qarşısını almaq üçün qətiyyətlə işləməyə davam etməliyik".

Şərhlər

XƏBƏR LENTİ