SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak oldu - Yenilənib

Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak oldu - Yenilənib

Tarix:

15-01-2023, 14:00

/ 332 dəfə oxundu.
Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak oldu - Yenilənib

Nepalda 4-ü ekipaj üzvü olmaqla 72 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.

Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Yeti Hava Yollarına məxsus “ATR 72” tipli iki mühərrikli təyyarənin paytaxt Katmandudan yola düşdüyü bildirilib.

Hadisə nəticəsində ən azı 16 nəfərin öldüyü bildirilir.

Dövlət televiziyası bəzi insanların cəsədlərinin qəza yerindən çıxarıldığını açıqlayıb.

Qəzadan sonra Nepalın Baş naziri Puşpa Kamal Dahal kabineti təcili iclasa çağırıb.

***

Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

Bu barədə Hindistanın “News18” telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Şərhlər

XƏBƏR LENTİ