SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » ““Mercedes” işə düşmədi, piyada gəldim” - Lukaşenko

““Mercedes” işə düşmədi, piyada gəldim” - Lukaşenko

Tarix:

9-12-2022, 12:21

/ 264 dəfə oxundu.
““Mercedes” işə düşmədi, piyada gəldim” - Lukaşenko

 
Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin liderlərinin sammiti keçirilir.

Xalqxeber.az xarici mediaya istinadən xəbər verir ki, sammitin keçirildiyi Ala-Arça dövlət iqamətgahında qonaqların qarşılanma mərasimi zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə qırğız həmkarı Sadır Japarov arasında maraqlı dialoq olub. 

Belə ki, Lukaşenko Japarova deyib: “Gecikməmişəm ki? “Mercedes” zəifdir, işə düşmür, piyada gəldim”.

Lukaşenkodan əvvəl isə məkana Ermənistanın Baş naziri Nikol Paşinyan gəlib. Onun iqamətgaha hər kəsdən əvvəl gəldiyi bildirilir.

Qeyd edək ki, Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev də artıq sammitin keçiriləcəyi məkana gəliblər.

Şərhlər

XƏBƏR LENTİ