Ərəblərdən rus qızlara etiraz: "Soyunmayın!" - FOTO
Dubayda yerləşən bahalı mehmanxana rəhbərliyi rusiyalı modellərdən şikayətlənirlər.
Rusiya mətbuatına istinadən xəbərik verir ki, otel sahibləri rus gözəlçələri insanlığa yaraşmayan davranışda ittiham ediblər.
Dubayın ən təmtəraqlı beş ulduz mehmanxanalarından biri “Waldorf Astoria Dubai Palm Jumeirah”ın rəhbərliyi (bir gecə qalmaq min dollardan çoxdur) rus modellərin otellərinin reputasiyasını korlamaqda ittiham edib. Otel sahibləri buna səbəb kimi, onların ailəvi istirahət məkanlarını yarım çılpaq halda çəkiliş meydançasına çevirdiyini göstərib.
Qeyd edək ki, Rusiya şou biznes nümayəndələri və modelləri bir çox klip çəkilişlərini Dubayda həyata keçirməyə üstünlük verir. Sonuncu dəfə televiziya aparıcısı Viktoriya Bonya, aktrisa Anna Kalaşnikova, realit-şous ulduzu Alyona Şişkova və başqa modellər “DʼAngel Ann” markasının reklamı üçün Dubayda çəkiliş aparıblar. İstirahət vaxtlarında onların nömrələrdə və mehmanxananın ətraflarında yarım çılpaq halda selfi etmələri digər qonaqlar tərəfindən narazılıqla qarşılanıb.


Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub