SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Koreya Prezidenti xalqdan üzr istəyib

Koreya Prezidenti xalqdan üzr istəyib

Tarix:

7-11-2022, 16:00

/ 398 dəfə oxundu.
Koreya Prezidenti xalqdan üzr istəyib

Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində izdiham nəticəsində azı 156 nəfərin ölümünə görə üzr istəyib.

“Qazeta.ru” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Təsviri mümkün olmayan faciə yaşayan qurbanların ailələrindən, bu ağrıya və kədərə şərik olan ölkədən üzr istəyirəm”, - dövlət başçısı bildirib.

O qeyd edib ki, ölkənin təhlükəsizlik sahəsində köklü dəyişikliklərə ehtiyacı var.

Bundan əlavə, Koreya Prezidenti günahkarların məsuliyyətə cəlb ediləcəyinə və bu iş üzrə prosesin ictimaiyyətə açıq olacağına söz verib.

Şərhlər

XƏBƏR LENTİ