SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiyalı məşhurların Gürcüstandakı konsertləri ləğv olundu

Rusiyalı məşhurların Gürcüstandakı konsertləri ləğv olundu

Tarix:

4-09-2022, 11:00

/ 370 dəfə oxundu.
Rusiyalı məşhurların Gürcüstandakı konsertləri ləğv olundu

 
Rusiyalı məşhurlar Valeri Meladze, Maksim Qalkin və "Maşına vremeni" qrupunun solisti Andrey Makareviçin Gürcüstanın paytaxtı Tbilisidə baş tutmalı olan konsertləri ləğv edilib.

Bu barədə rus mediası Gürcüstanın Mədəniyyət Nazirliyinə açıq məktubla müraciət edən biletebi.ge bilet satışı xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, buna səbəb İdman Sarayının konsert zalında aparılan təmir işləri olub. 

“Bu yaxınlarda məlum oldu ki, artıq minlərlə bileti satılan üç konsertin təşkilatçılarına zal tərəfindən tədbirin keçirilməsi ilə bağlı imtina cavabı verilib. Rəsmi səbəb kimi təmir işləri göstərilir. Özəl bir təşkilatın könüllü olaraq gəliri kəsməsi və nüfuzuna bu qədər ziyan vurması inanılmazdır. Aydındır ki, bu, siyasi kontekstdə baş verib. Ukraynaya açıq dəstək verən və ukraynalılar tərəfindən dəstəklənən sənətçilər Makareviç, Qalkin bloklanır”, - deyə bəyanatda bildirilir.

Şirkət nazirliyinin bu qərarından narahat olduğunu bildirib və bunu ölkənin “konsert sənayesinə nəzarət zərbəsi” adlandırıb. Sayt nöbəti qadağaların da olacağını istisna etməyib.

Qeyd edək ki, V.Meladze, M.Qalkin və A.Makareviç Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı çıxıb.

Şərhlər

XƏBƏR LENTİ