SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiyanın sabiq baş narkoloqu özünü təqsirli bilmədi - Yenilənib

Rusiyanın sabiq baş narkoloqu özünü təqsirli bilmədi - Yenilənib

Tarix:

20-08-2022, 10:00

/ 386 dəfə oxundu.
Rusiyanın sabiq baş narkoloqu özünü təqsirli bilmədi - Yenilənib

Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş narkoloqu Yevgeni Bryun dələduzluqda şübhəli bilinərək Moskvada saxlanılıb.

Bu barədə Rusiya mediası yazıb. 

Məlumata görə, Bryun və onun müavini, Rusiya Narkoloji Liqasının vitse-prezidenti Vladimir Yakuşev hazırda dindirilir.

Bildirilir ki, onlar törəmə şirkətlər vasitəsilə dövlət qurumları tərəfindən spirtli içkilərdən asılılığın müəyyən edilməsi üçün test və reagentlərin şişirdilmiş qiymətlərlə alınmasını təşkil ediblər.

***

Moskva Elmi-Praktik Narkologiya Mərkəzinin sabiq direktoru Yevgeni Bryun dələduzluq işi üzrə özünü təqsirli bilməyib.

Bu barədə o, İctimai Nəzarət Komissiyasına məlumat verib.

Rəsmi olaraq hüquq-mühafizə orqanları Bryunun saxlanması ilə bağlı şərh verməyiblər.

Şərhlər

XƏBƏR LENTİ