XalqXəbər.Az

XalqXeber.Az » Dünya » ABŞ və Hindistan gərginliyin olduğu bölgədə hərbi təlimlər keçirəcək

ABŞ və Hindistan gərginliyin olduğu bölgədə hərbi təlimlər keçirəcək

ABŞ və Hindistan gərginliyin olduğu bölgədə hərbi təlimlər keçirəcək
7-08-2022, 17:44

ABŞ və Hindistan silahlı qüvvələri oktyabrda Hindistanın Uttarxand əyalətində keçiriləcək birgə hərbi təlimlərdə iştirak edəcək. Sözügedən ərazi Hindistan və Çin sərhədinin keçdiyi mübahisəli ərazinin yaxınlığında yerləşir.


Bu barədə Hindistan ordusunun yüksək rütbəli hərbçiləri arasında olan mənbəyə istinadən CNN məlumat yayıb.

Telekanalın həmsöhbətinin sözlərinə görə, təlimlər 10 min fut (3 min metr) yüksəklikdə, Faktiki Nəzarət Xəttindən təxminən 95 km aralıda keçiriləcək.

“Pentaqon” CNN-ə bildirib ki, ABŞ-ın Hindistanla tərəfdaşlığı onun azad və açıq Hind-Sakit Okean haqqında ümumi baxışının “ən mühüm elementlərindən biridir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.