SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi

Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi

Tarix:

5-08-2022, 11:00

/ 432 dəfə oxundu.
Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi

 
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır".

Şərhlər

XƏBƏR LENTİ