SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Gürcüstandakı helikopter qəzasındakı 8 nəfərin hamısı həlak olub - VİDEO - YENİLƏNİB

Gürcüstandakı helikopter qəzasındakı 8 nəfərin hamısı həlak olub - VİDEO - YENİLƏNİB

Tarix:

29-07-2022, 22:08

/ 340 dəfə oxundu.
Gürcüstandakı helikopter qəzasındakı 8 nəfərin hamısı həlak olub - VİDEO - YENİLƏNİB


Gürcüstanın Qudauri kurort zonasında helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

Bu barədə Gürcüstanın Daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib.Nazir qəza nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.


Qeyd edib ki, həlak olanlardan altısı Gürcüstan DİN-in əməkdaşı, iksisi isə tibb işçisi olub.

Vaxtanq Qomelauri qəzanın səbəblərinin hələ ki dəqiq bilinmədiyini, lakin araşdırmaların aparıldığını deyib.

19:26

Gürcüstanın Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopterin idarəetməni itirərək qəzaya uğraması nəticəsində həlak olanlar var.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat verib. 

İlkin məlumatlara əsasən, helikopterdə 5 nəfər - iki pilot və üç xilasedici olub.

"Gəmidə ekipaj üzvləri ilə yanaşı Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və tibb işçiləri də olub", - məlumatda deyilir. 

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

xxx

17:35

Gürcüstanın Qudauri kurort zonasında Daxili İşlər Nazirliyinin sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb.

Bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, qəzaya uğrayan helikopterin göyərtəsində Gürcüstan DİN-in Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri və tibb işçiləri olub.


Şərhlər

XƏBƏR LENTİ