İstanbula qatarla getmək mümkün olacaq
"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yaxın bir neçə ayda fəaliyyətə başlayacaq və bununla da İpək yolunun mühüm bir hissəsi tamamlanmış olacaq”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində "Bir kəmər- bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forumda çıxışında deyib.
O qeyd edib ki, İpək yolunun bir hissəsi olan Orta Dəhliz layihəsi Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı əhatə etməklə Çində başa çatacaq ticarət yoludur. Dünyada 60-dan çox ölkədən keçən Yeni İpək yolu 40 milyon kvadratkilomtrə yaxın ərazini və 4,5 milyard insanı əhatə edən çox önəmli bir layihədir.
Çin Xalq Respublikasının Sədri Si Cinpin isə çıxışında müvafiq layihələrə 79 milyard dollar maliyyə yardımı ediləcəyini bildirib. O, İpək Yolunun Asiya, Afrika və Avropa qitələrindəki ölkələri bir-birinə bağladığını, bununla da beynəlxalq iqtisadi və mədəni əlaqəni təmin etdiyini vurğulayıb.
Qeyd edək ki, beynəlxalq forumda 29 ölkədən dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, sərmayədarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?