Kriminal avtoritet qadın paltarında həbsxanadan qaçmağa cəhd edib- FOTOLAR
Hondurasda 55 yaşlı kriminal avtoritet Fransisko Herrera Arqueta qadın paltarında həbsxanadan qaçmağa çalışıb.
Məlumata görə, o, ailələrin məhkumları ziyarətə gəldiyi gündə uzun bir ətək, sarı parik, günəş gözlüyü və saxta sinə ilə qadın qılığına girib.
Arqueta makiyaj edib, hətta dırnaqlarına boya da sürtüb. Lakin o, mühafizəçilər tərəfindən şübhəli qarşılanaraq saxlanılıb. Bir mühafizəçi ondan gözlüyünü çıxartmasını istəyib. Onlar Arquetanın qəribə yeridiyini və səsinin də kişi kimi çıxdığını hiss ediblər.
Bir mafyanın lideri olan və “Don Chico” ləqəbi ilə tanınan Arqueta 2015-ci ilin sentyabrında həbs edilib. O, qaçmağa cəhd etdiyi üçün daha ağır cəza ilə üzləşəcək və ölkənin ən təhlükəli həbsxanalardan olan “El Pozo”ya transfer olunacaq.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?