XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Fətullah Gülən Braziliyaya qaçmağa hazırlaşır - Türkiyə Ədliyyə Nazirliyi

Fətullah Gülən Braziliyaya qaçmağa hazırlaşır - Türkiyə Ədliyyə Nazirliyi

Fətullah Gülən Braziliyaya qaçmağa hazırlaşır - Türkiyə Ədliyyə Nazirliyi
11-05-2017, 11:58

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Braziliya və ya Argentinaya qaçacağı iddia edilir.

“Posta” qəzetinə istinadla verdiyimiz xəbərə görə, bu barədə məlumatlar Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağın amerikalı həmkarına təqdim etdiyi yeni sənədlərdə yazılır.

Bozdağ ABŞ-a səfər edərək amerikalı həmkarı Cef Sessionsla görüşüb.

Vaşinqtonda baş tutmuş görüşdə Fətullah Gülənin ekstradisiyası ilə bağlı məsələ müzakirə edilib. Görüşdə Bozdağ Gülənin ekstradisiyasına dair ABŞ-a göndərilən 4 sənəd haqqında ətraflı məlumat verib.

Sənədlərdə Gülənin Braziliya və ya Argentinaya qaçmağı planlaşdırdığına dair məlumatlar da var.

Məlumata əsasən, Gülən Türkiyənin ekstradisiya anlaşması imzalamadığı ölkəyə qaçmağı planlaşdırır və o artıq Braziliyadan sığınacaq istəyib. Əldə edilən kəşfiyyat məlumatlarına görə Braziliya və Argentinadakı vəqflər artıq hazırlıq işlərinə başlayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.