“Reina” terrorçusu polislərə şərt qoydu - “Oğlumu tapıb gətirin, bildiklərimi danışım”
Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda terror törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripovun İstanbul Terrorla və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsində sorğusu hələ də aparılır.
Məlumata görə, polis Maşaripovun 4 yaş 5 aylıq oğlunu özləri ilə aparan 3 terrorçunu tapmaq üçün axtarışları davam etdirir.
İlkin məlumatlara görə, 39 nəfərin qatili polislərdən tez-tez oğlunu soruşur və o, uşağı tapıldığı halda hər şeyi danışacağını söyləyib.
“İstanbulun Silivrə vilayətində olarkən yanıma bir nəfər gələrək “Hər yerdə səni axtarırlar. Uşağını səndən alacağıq, qaçdığın zaman yanına gətirəcəyik” dedi və oğlumu məndən aldılar”,-deyə Ə. Maşaripov bildirib.
Qeyd edək ki, İŞİD hücrəsinə edilən hücum nəticəsində Ə. Maşaripovla birlikdə daha 4 nəfər saxlanılıb. Onlardan 1-nin qırğız əsilli kişi, digər 3-nün qadın olduğu bildirilir.
Ə. Maşaripovun 2 il ərzində Əfqanıstan və Pakistandatəlim gördüyü, özbək, rus, ərəb, çin dillərini və türkiyə türkcəsini bildiyi deyilir.
Xatırladaq ki, “Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölmüş, 66 nəfər isə yaralanmışdı.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub