Tramp “erməni soyqırımı”nı tanımayacaq
"O, Türkiyə administrasiyası ilə sıx dostluq münasibətləri quracaq”
Ermənistan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan bildirib ki, Donald Tramp “erməni soyqırımı”nı tanımayacaq.
Kirakosyan Trampın Türkiyə administrasiyası ilə sıx dostluq münasibətləri quracağını deyib.
“Tramp administrasiyasının “erməni soyqırımı”nı tanıyacağı inandırıcı deyil. Əvvəki, administrasiyaların bəyanatlarına bənzər açıqlamalar veriləcəksə də, “soyqırımı”nın tanınmasından söhbət getməyəcək. Bunun bir səbəbi Trampın Ərdoğanın Suriya məsələsindəki köməyini nəzərə alması və İŞİD-ə qarşı mübarizəyə cəlb etmək planları ilə bağlıdır.
Təsadüfi deyil ki, referendum nəticələri bəlli olan kimi Tramp Türkiyə prezidentinə telefon zəngi edərək təbrik etdi. Digər tərəfdən, Tramp Türkiyədə vaxtı ilə biznes layihələri həyata keçirib və türk biznesmenlərlə yaxşı münasibətləri var”, deyə o, əlavə edib.
Kirakosyanın fikrincə, PKK, İŞİD terroru və Suriyaya müdaxilə Ankaranı təhlükə altında saxlayan əsas məsələlərdir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...