Obamanın Ağ Evdə son mətbuat konfransı
ABŞ prezidenti Barak Obama yanvarın 19-da Ağ Evdə sonuncu mətbuat konfransını keçirib.
Mətbuat konfransı zamanı Barak Obama bir çox məsələlərə, o cümlədən ABŞ-Rusiya münasibətlərinin inkişaf etdirilməsi, “WikiLeaks”ə dövlət əhəmiyyətli məxfi məlumatları verən informator Çelsi Meninqin cəzası ilə bağlı qərarı, Kuba ilə əlaqələrin bərpası, Fələstin ərazilərində yəhudi məskənlərinin inşasının dayandırılmasını tələb edən 2334 saylı qətnamənin BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmasına ABŞ-ın dəstəyi, ABŞ-İsrail münasibətləri, Obama administrasiyasının eynicinslilərin nikahının leqallaşdırılması məsələlərinə toxunub.
ABŞ-ın gələcək prezidentlərindən danışan B.Obama əmin olduğunu bildirib ki, o, Amerika Birləşmiş Ştatlarının yeganə qaradərili rəhbəri olmayacaq. Gələcəkdə qadınlar, müxtəlif mənşəyə, dinə və irqə məxsus insanlar ABŞ prezidenti olacaq. O, həmçinin qeyd edib ki, Amerika seçki sisteminin ən böyük problemlərindən biri seçkilərin saxtalaşdırılması deyil, seçicilərin səsverməyə getmək əzminin olmamasıdır.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub