Trampın Bakıdakı layihəsi ilə bağlı - Şok iddia
ABŞ-ın yüksək vəzifəli demokrat senatorları prezident Donald Trampın şirkəti ilə Azərbaycandan olan oliqarxın şirkəti arasındakı əlaqələrin araşdırılmasını tələb ediblər.
Bu barədə İnterfax agentliyi qərb KİV-nə istinadən məlumat yayıb. Senatorların fikrincə, həmin oliqarxın İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə də əlaqələri var.
Senatorların bildirdiklərinə görə, onlar ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin, Ədliyyə naziri Ceff Seşns və Federal Araşdırma Bürosunun direktoruna bununla bağlı məktub yollayıblar. Məktubda Trampın şirkətinin antikorrupsiya qanunlarını pozması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Qərb KİV-nin yazdıqlarına görə, 2014-cü ildə Tramp Bakıda otel tikintisi ilə bağlı elan vermişdi. Bu layihədə partnyoru isə eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olub. Layihədə məqsəd isə İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlantısı olan çirkli pulların yuyulması olub.
Məktubda o da qeyd olunur ki, Trump Organization Baku Tower-lə olan razılaşmadan çıxsa da, bu, Trampın şirkətini məsuliyyətdən yayındıra bilməz.
Eyni zamanda, Trump Organization-nın vəkili bildirib ki, layihə onlara məxsus deyil, heç kimə pul verməyiblər. Buna görə də, ABŞ qanunvericiliyini pozmaqdan söhbət gedə bilməz.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...