XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » Ukraynada öldürülən deputat Putinin əlindən qaçıbmış – Qətlə dair təfərrüat

Ukraynada öldürülən deputat Putinin əlindən qaçıbmış – Qətlə dair təfərrüat

Ukraynada öldürülən deputat Putinin əlindən qaçıbmış – Qətlə dair təfərrüat
24-03-2017, 09:25

Qərb mətbuatı Denis Voronenkovun qətli ilə bağlı maraqlı faktları yazıb
Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkov Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində öldürülüb.
Xarici mediaya istinadən xəbər veririk ki, Voronenkov Dumanın digər keçmiş deputatı İlya Ponomaryovla görüşə gedirmiş.
Voronenkovun ölümündən öncə görüşmək istədiyi İlya Ponomaryov onunla bağlı maraqlı faktların üstünü açıb.
İlya Ponomaryov Ukrayna baş prokuroru Yuri Lutsenko ilə birlikdə keçirdiyi brifinqdə hətta Voronenkovun ölümündə birbaşa günahlandırdığı adamın adını çəkib: Bu FTX generalı, “general Fiks” ləqəbli Oleq Feoktistovdur.
“Voronenkov Putin hakimiyyətinin ən zəif yerlərini, maliyyə axınlarını gözəl bilirdi”, - Ponomaryov bəyan edib.
Rosneft has denied the dismissal allegedly involved in the arrest of the speaker of the General
Onun sözlərinə görə, Voronenkov 2004-2007-ci illərdə Narkotik dövriyyəsinə nəzarət üzrə federal xidmətin (Qosnarkokontrol-red) polkovnik rütbəsindəki əməkdaşı olub. Elə həmin vaxtdan onun Oleq Feoktistovla münaqişəsi başlayıb. Feoktistov isə Rusiyada narkotik qaçaqmalçılıq sxeminə rəhbərlik edənlərdən biri imiş. Məhz Voronenkov Dövlət Dumasında çalışarkən adı bu cür cinayət işlərində qarıçşan 16 FTX generalının işdən qovulmasına səbəb verib. Həmin generallar milyardlıq yükləri öz hərbi hissələrinə gətirib oradan satırmışlar.
Sonralar Voronenkovun dediyinə görə, narkotik qaçaqmalçılığına qarşı fəaliyyət sonradan qurumun özünə baha başa gəlib. Qurum 2016-cı ilin aprelin 5-də prezident Vladimir Putin tərəfindən ləğv olunub.
“Qurumun rəhbəri general Viktor Çerkesov 2007-ci ilin oktyabrında “Kommersant” qəzetinə verdiyi müsahibədə belə demişdi: “Döyüşçülərin alverçilərə çevrilməsinə yol vermək olmaz”. Bundan başqa, həmin yazıda o, yüksək rütbəli korrupsionerlərin cəzasızlığından şikayətlənmişdi. Çerkesov sonradan bu müsahibəyə görə vəzifədən azad olundu”, - Voronenkov müahibəsində deyib.
Voronenkov özü heç vaxt mələk olduğunu deməyib.
“Mən inkar etmirəm. Mən sadəcə Putin gerçəkliyində yaşamağa cəhd edirdim. Keçmiş həyatımda konformist olmuşam və sistemdə həyatda qalmağa çalışırdım. Lakin artıq Putinin qaydaları ilə yaşamaq mümkün deyildi”, - Voronenkov özünün son müsahibələrindən birində, Gordonua.com saytı ilə söhbətdə deyirdi.
Mətbuatın yazdığına görə, Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkov və onun həyat yoldaşı Mariya Maksakova vaxtilə Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olublar.
Denis Voronenkov Kommunist partiyasından, Maksakova isə hakim “Vahid Rusiya” partiyasından Dövlət Dumasına üzv seçiliblər.
Voronenkov və Maksakova 2015-ci ilin martında evləniblər. Onların evliliyi həmin vaxtda birlik və sevginin simvolu kimi təqdim olunurdu. Çünki hərəsi ayrı-ayrı partiyanı təmsil edirmiş.
Cütlüyün toyunda iştirak edənlərin arasında Putinin mətbuat katibi Dmitri Peskov, teleaparıcı Dmitri Kiselyov, Kremlin baş strateqi Vladimir Surkov da olub.
Rusiyanın Federal Xarici Kəşfiyyat idarəsinin rəhbəri, Dövlət Dumasının keçmiş sədri Sergey Narışkin hətta toyda evli cütlüklə duet mahnı oxuyub.
Bu səbəbdən onun Moskvadan qaçaraq Kiyevdən sığınacaq istəməsi Kremldə böyük şok yaradıbmış. Həmin vaxt Kreml KİV-ləri qaçan cütlüyü vətən xaini kimi təsvir edirmiş.
Ekspertlər Kiyevdəki qətli Ukrayna hakimiyyəti üçün əsl rüsvayçılıq hesab edir. Xüsusilə Xarkovda silah-sursat anbarının partladılmasından sonra təhlükəsizliklə bağlı ortaya əsl biabırçı mənzərə çıxıb.
Ekspertləri maraqlandıran məsələlərdən biri də Voronenkovun Avropanın daha təhlükəsiz dövlətləri dururkən qeyri-sabit Ukraynaya üstünlük verməsi olub.
Bəzilərinin fikrincə, Voronenkovun yarı-ukraynalı olmasının burada rolu var.
Bundan başqa, Dumanın anti-korrupsiya komitəsinin üzvü kimi Denis Voronenkov Kremllə bağlı bir çox cinayətlər barədə sensasion məlumatlara malik olub.
Keçmiş deputat aktiv şəkildə Kreml və Yanukoviçin korrupsiya əlaqələri ilə əlaqədar Kiyev polisi ilə əməkdaşlıq edirdi.
Voronenkov Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə qarşı şahid kimi ifadə verməli imiş. Keçmiş deputat Yanukoviçin şəxsən Putindən Ukraynaya qoşun yeritməsini xahiş etdiyini söyləyib.
Ukrayna baş prokuroru Yuri Lutsenko yanvarın 28-də keçirdiyi mətbuat konfransında Rusiya deputatı səviyyəsində mühüm şahidə malik olduğu ilə öyünürdü, lakin onun kim olduğunu açıqlamaqdan imtina edirdi.
Bütün bunlar Kreml və Rusiya mətbuatını Voronenkovun qarşı tərəfə keçdiyini anlamaq üçün kifayət edib.
Bunu vaxtilə Krımın Rusiyaya ilhaq edilməsinin əleyhinə səs verən vəbu səbəbdən ölkədən qaçmağa məcbur olan İlya Ponomaryov da təsdiq edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.