İlham Əliyevin məqaləsi Bolqarıstan MƏTBUATINDA
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Bolqarıstanda geniş oxuyucu auditoriyasına malik və nüfuzlu qəzetlərdən biri olan "24 часа” qəzetinin 16 yanvar 2017-cı il tarixli buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forum üçün nəzərdə tutulmuş "Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi dərc olunub.
Səfirlikdən verilən məlumata görə, məqalədə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, ölkədə həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər, eləcə də Azərbaycanın hazırda üzləşdiyi çağırışlar və onlara cavab olaraq atılan adekvat addımlar barədə bəhs olunur. Azərbaycan iqtisadiyyatının enerji və nəqliyyat-tranzit sahələrini əhatə edən qlobal əhəmiyyətli layihələrdən bəhs edilərək, bu layihələrin ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edəcəyi qeyd olunur.
Məqalədə, həmçinin əsrlər boyu müxtəlif etnik qruplar və dini icmaların nümayəndələrinin Azərbaycanda sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları qeyd olunur, ölkəmizdə multikulturalizm siyasətinin davam etdirilməsi istiqamətində atılmış addımlar barədə geniş məlumat verilir.
Qeyd edək ki, Bolqarıstanın ən böyük nəşriyyat qrupu olan "Media Group Bulgaria” tərəfindən 1991-ci ildən bolqar dilində nəşr olunan "24 часа” gündəlik qəzeti həftə içi 52 200 nüsxə, həftə sonu isə 97 820 nüsxə tirajla bütün Bolqarıstanda yayılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...